XalqXəbər.Az

XalqXeber.Az » İdman » “Neftçi" ilə anlaşan Vinsent Abubakar Bakıya gəlib

“Neftçi" ilə anlaşan Vinsent Abubakar Bakıya gəlib

“Neftçi" ilə anlaşan Vinsent Abubakar Bakıya gəlib
18-10-2025, 15:15

“Neftçi” heyətini gücləndirməyə davam edir.

Paytaxt klubu "Beşiktaş"ın sabiq üzvü Vinsent Abubakarla 1+1 illik razılıq əldə edib.

33 yaşlı hücumçu "ağ-qaralar"la rəsmi müqavilə imzalamaq və tibbi müayinədən keçmək üçün artıq Bakıya gəlib.

Qeyd edək ki, son olaraq “Hatayspor”un formasını geyinən Kamerun millisinin üzvü “Valensiyen”, “Loryen”, “Porto”, “Əl-Nəsr” kimi klublarda da çıxış edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.