Belarus millisinin baş məşqçisi: məqsədimiz yaxşı oynamaq, təcrübə qazanmaqdır
Əlbəttə, bütün komandalar kimi bizim də məqsədlərimiz var: yaxşı oynamaq və uşaqlara beynəlxalq yarışlarda təcrübə qazandırmaq.
Bunu Belarusun futbol üzrə millisinin baş məşqçisi Dmitri Çaley komandasının qarşıdan gələn III MDB Oyunlarına hazırlığı və qarşıya qoyduğu hədəflərdən danışarkən deyib.
D.Çaley qeyd edib ki, komanda yola düşməzdən bir neçə gün əvvəl Minskdə toplaşıb və turnirə hazırlığa başlayıb.
O, həmçinin Azərbaycanda Belarus komandasına göstərilən səmimi qəbula görə təşəkkür edib.
Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub