XalqXəbər.Az

Məktəb direktoru olmaq istəyənlərin diqqətinə: 700 vakant yer var

yüklənir...
Məktəb direktoru olmaq istəyənlərin diqqətinə: 700 vakant yer var
4-05-2017, 12:01
yüklənir...

Bu il Azərbaycanda məktəb direktoru olmaq istəyən namizədlərin sayı açıqlanıb.
Məlumata görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov bildirib ki, ölkədə ümumi təhsil müəssisələrində direktorların işə qəbulu üzrə elektron ərizə qəbulu 1-15 aprel tarixlərində aparılıb.
Həmin müddət ərzində 2 minə yaxın namizəd sənəd təqdim edib. Hələlik müraciətlərin yoxlanılması və emalı prosesi gedir. Direktorların işə qəbulu üzrə müsabiqənin növbəti - imtahan mərhələsinin iyun ayında keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu il müsabiqəyə 700-ə yaxın vakant yer çıxarılıb. Ağdam, Cəlilabad, Goranboy rayonlarında məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə çıxarılacaq vakant yerlərin sayı daha çoxdur. Qaydalara əsasən, ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin mərkəzləşdirilmiş qaydada 3 mərhələdə (elektron ərizənin qəbulu, imtahan, müsahibə) keçirilməsi nəzərdə tutulub. Müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsilli, azı 5 il pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji sahədə çalışan şəxslər iştirak edə bilərlər.
Xatırladaq ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbulla bağlı yeni qayda və elektron ərizə qəbulu Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalara, internat tipli təhsil müəssisələrinə, Bakı şəhərinin ümumi təhsil müəssisələrinə direktorların işə qəbuluna şamil edilmir.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.