XalqXəbər.Az

Hesablama Palatası: - Bağçalarda boş yerlər gizlədilir

yüklənir...
Hesablama Palatası: - Bağçalarda boş yerlər gizlədilir
10-04-2017, 16:08
yüklənir...

Respublika üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların cəlbolunma faizi 2013-cü ildə 10,4%, 2014-cü ildə 9,6%, 2015-ci ildə 9,8% olub. Şəhər yerlərində müvafiq olaraq 21,8%(2013), 19,2%(2014) və 21,5%(2015), kənd yerlərində isə 8,1%, 7,5% və 7,1% təşkil edib.

Bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında qeyd olunub.

Sənədə əsasən, təhlil aparılmış 20 rayon və şəhər üzrə məktəbəqədər yaşlı uşaqların 2013-cü ildə 10,3% və ya 268724 nəfər məktəbəqədər yaşlı uşaqdan 27653 nəfəri, 2014-cü ildə 10% və ya 277078 nəfər məktəbəqədər yaşlı uşaqdan 27854 nəfəri, 2015-ci ildə 10% və ya 280820 nəfər məktəbəqədər yaşlı uşaqdan 28018 nəfəri məktəbəqədər təhsil müəssisələrinə cəlb olunub, ayrı-ayrı şəhər və rayonlar üzrə isə uşaqların cəlbolunma faizi 7 faizdən 40 faizədək fərqli olub.

Məktəbəqədər yaşlı uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlbolunma faizi təhlil aparılmış illərdə şəhərlər üzrə müvafiq olaraq 15,2%, 14,7% və 14,7%, rayonlar üzrə isə 9,2%,9% və 8,9% olub. Məktəbəqədər təhsil müəssisələrinin mövcud potensialından 2013-cü ildə 91,7% (30160 uşaq yerinə qarşı 27653 uşaq), 2014-cü ildə 91,6% (30400 uşaq yerinə qarşı 27854 uşaq), 2015-ci ildə isə 92% (30460 uşaq yerinə qarşı 28018 uşaq) istifadə edilib, məktəbəqədər təhsil müəssisələrinin mövcud potensialından istifadə faizi rayon və şəhərlər üzrə 65,9%-dən 99,8%-dək fərqli olub. Mövcud potensialdan istifadə faizi təhlil aparılmış şəhərlər üzrə müvafiq olaraq 87,2%, 87% və 87,3%, rayonlar üzrə 93,5%, 93,5% və 93,8% olub, bu göstərici Bakı şəhəri üzrə 01.01.2016-cı il tarixə 92,3% təşkil edib.

Yerli xərclərdə nəzərdə tutulmuş ərzaq xərcinin məktəbəqədər uşaq müəssisələri arasında uşaq günü sayına uyğun bölüşdürülməməsi nəticəsində 1 uşaq gününə düşən ərzaq xərci rayon (şəhər) ərazisində yerləşən ayrı-ayrı məktəbəqədər uşaq müəssisələri üzrə fərqli olub. Təhlil aparılan illərdə İmişli rayonu üzrə 1 uşaq gününə düşən ərzaq xərci 1,2 manat olduğu halda həmin rayonun Muradallı kənd uşaq bağçası üzrə 2013-2014-cü illərdə 1,4 manat, 2015-ci ildə 1 manat, Şahverdili kənd uşaq bağçası üzrə 2013-2015-ci illərdə 1,7 manat, 2014-cü ildə 1,4 manat, Buludlu kənd uşaq bağçası üzrə 1 manat olub. Uşaq günlərinin icrasının proqnozlaşdırıldığından az olması nəticəsində icra zamanı 1 uşaq gününə düşən ərzaq xərci 1 uşaq günü üçün proqnozlaşdırılmış ərzaq xərcindən şəhərlər üzrə 2013-cü ildə 0,05 manat, 2014-cü ildə 0,06 manat, 2015-ci ildə 0,04 manat rayonlar üzrə müvafiq olaraq 0,05 manat, 0,05 manat, 0,08 manat artıq olub.

Bir sıra rayonlar üzrə məktəbəqədər uşaq müəssisələrində uşaq yerlərinin sayında artım, ərzaq xərci proqnozundanazalma olmasa da 2014-cü ilə nisbətən 2015-ci ildə uşaq günlərinin icrasının yüksək olması nəticəsində 1 uşaq gününə düşən faktiki ərzaq xərci azalıb.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.