XalqXəbər.Az

Saleh Məmmədovun ŞİŞİRDİLMİŞ HESABATI: Prezidentin imzaladığı Lerik yollarında yoxa çıxan 19 milyonluq SƏRƏNCAMI

Saleh Məmmədovun ŞİŞİRDİLMİŞ HESABATI: Prezidentin imzaladığı Lerik yollarında yoxa çıxan 19 milyonluq SƏRƏNCAMI
24-10-2019, 09:34

Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovu qəbul etdi və ölkəmizdə yol tikintisinin geniş vüsət aldığını bildirərək suallar ünvanladı.

Ölkə başçısının verdiyi suallara aldığı cavabdan nə qədər razı qaldığını bilmirəm. Tək bildiyim görüşöncəsi Prezidentin müşavirədə ŞİŞİRDİLMİŞ rəqəmlər deyə barmaq silkələdiyi adamlar içərisində Saleh Məmmədov da var.

Teref.az bildirir ki, bu barədə jurnalist Aqil Alışov məlumat yayıb.

Jurnalist qeyd edib ki, görəsən, prezident İlham Əliyev Saleh Məmmədovdan soruşdu ki, ay baş YOLÇƏKƏN, Lerikdə 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanagah avtomobil yolunun çəkilişi üçün ayırdığım 19 milyonu niyə havaya uçurdunuz?

Cənab Prezident! Sizin ayırdığınız 19 milyonluq yolu bilirsiniz kim çəkir? İnternetdə rekord baxış sayı yığan, Ləman kəndində yaşayan bir çoban. Özü də necə? Əlində gördüyünüz bu vedrələrlə hər gün çaydan qum daşıyır bu yola. Bu yoldan hər gəlib keçən şəkildə gördüyünüz bu şəxsə maddi köməklik də göstərir, yolu çəkdiyinə görə.

Cənab Prezident! Bu gün aksiyalara ona görə 80 yaşlı insanlar gəlir ki, artıq rayonlarda özünü prezident kimi görənlərin sayı artıb.

Məsələn, sizin sözügedən bu yola ayırdığınız 19 milyonu havaya sovuran, Saleh Məmmədovun Lerik rayonu üzrə "YOL QUBERNATORU" İbrahim Kazımov deyə birisi kimi.

Kim bu İbrahim Kazımov?

Çaylarda şamların anasını ağladan, insanların təsərrüfat yerlərini dağıdan, 200 metrlik yoldan gətirdiyi daş-çınqılı sənədlərə 250 km-lik ərazi kimi göstərən asfalt KRALIı İbrahimi siz də tanıyın, cənab Prezident!

Və Saleh Məmmədovun da Lerik səfərinizdə sizi Piran yolu ilə bağlı aldatdığnızı bizdən öyrənərsiniz .

Məmurun vəzifəsi xalqın qulluğunda durmaq olduğu halda, insanların əsəblərini "QIDIQLAMAQ" nəyə lazım cənab Saleh Məmmədov!?




скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.