XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » AXCP sədri Saleh Məmmədovun "bostanına daş atdı":"...pulları yeyirlər"

AXCP sədri Saleh Məmmədovun "bostanına daş atdı":"...pulları yeyirlər"

AXCP sədri Saleh Məmmədovun "bostanına daş atdı":"...pulları yeyirlər"
20-11-2019, 01:05

Bir neçə gün öncə oxumuşdum ki, bu aşağıda adı çəkilən yol bərbad gündədir. Amma, onun tikintisi bir neçə ilə öncə yekunlaşıb. Sakinlər deyir ki, pul yeyilib. İndi yenə büdcədən pul ayrılıb".

Bu sözləri AXCP sədri Razi Nurullayev feysbuk səhifəsində yazıb.

Hökumətin sosial layihələrə ayırdığı vəsaitlərin məmurlar tərəfindən talandığına işarə edən partiya sədri iqtisadi cinayətlərə görə cəzasızlıq mühitinin olmasına da eyham vuraraq yazıb: "Bəs yeyintiyə görə cavabdehlik daşıyan olmayacaq?".

Qeyd edək ki, noyabrın 19-da Prezident İlham Əliyev "Ağsu–Kürdəmir–Bəhrəmtəpə (53 km)–Zərdab avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sərəncamla otuz beş min nəfər əhalinin yaşadığı 24 yaşayış məntəqəsini birləşdirən Ağsu–Kürdəmir–Bəhrəmtəpə (53 km)–Zərdab avtomobil yolunun yenidən qurulması məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Xatırladaq ki, oktyabrın 28-də Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışı zamanı görülən işlər barədə etdiyi məruzədə Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun səhv rəqəmlər səsləndirməsinə dövlət başçısı irad bildirmişdi.

Qlobal.az

AXCP sədri Saleh Məmmədovun "bostanına daş atdı":"...pulları yeyirlər"

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.