SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Mərkəzi Elmi Kitabxanada baş verən oğurluq hadisəsinə dair məhkəmə başlayıb

Mərkəzi Elmi Kitabxanada baş verən oğurluq hadisəsinə dair məhkəmə başlayıb

Tarix:

11-09-2019, 20:05

/ 1 060 dəfə oxundu.
Mərkəzi Elmi Kitabxanada baş verən oğurluq hadisəsinə dair məhkəmə başlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasından ötən il ümumi dəyəri 122.567 manat olan 113 ədəd notebook və kompüterlərin oğurlanmasına dair məhkəmə prosesi başlayıb.
Mərkəzi Elmi Kitabxanada baş verən oğurluq hadisəsinin istintaqı Yasamal Rayon Polis İdarəsi və Bakı şəhər Baş Polis İdarəsi tərəfindən aparılıb.Mərkəzi Elmi Kitabxanada oğurluq hadisəsini törətməkdə təqsirli bilinən,orada fəhlə işləyən Ələkbərov Orxan Xələf oğlunun işi məhkəməyə göndərilib.

Qeyd edək ki,baş verən oğurluq hadisəsindən sonra 12 avqust 2018-ci il tarixində kitabxananın direktor müavini Fuad Aslanov Yasamal rayon Polis İdarəsinə 3 ədəd noutbook oğurlanması ilə bağlı ərizə təqdim edib. 4 sentyabr 2018-ci il tarixində isə Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova ümumi dəyəri 122.567 manat olan 113 ədəd kompüter və noutbook oğurlanmasına dair ikinci bir ərizə ilə polis idarəsinə müraciət edib.Müavin və direktorun Yasamal rayon Polis İdarəsinə təqdim etdikləri ərizələr 23 gün fərqlə təqdim olunub və tamam fərqli rəqəmlərlə əhatələnib. Bu cür yanaşma narahatçılıq yaradıb və AMEA-nın prezidenti və vitse- prezident İsa Həbibbəyli tərəfindən iclasda müzakirəyə qoyulub.“İntizam, tənbeh tədbirlərinin görülməsi barədə” qərar çıxarılıb və kitabxanada işləyən bir neçə şəxsin vəzifədən azad edilməsi barədə qərar qəbul edilib.Lakin sonradan istintaq tədbirlərinin aparılması nəzərə alınıb və “İntizam, tənbeh tədbirlərinin görülməsi barədə” qərar müvəqqəti təxirə salınmaqla vəzifəli şəxslərin işlərini davam etdirmələri məqsədə uyğun bilinib.

Onu da qeyd edək ki, baş verən hadisədən sonra KİV-lərdə digər diqqət çəkən məlumatlarda yayılmışdı.Yayılan məlumatlarda bildirilirdi ki, Leyla İmanova AMEA-nın Mərkəzi Elmi Kitabxanasına direktor təyin edildikdən sonra mühüm vəzifələrə öz qohumlarını təyin edib. Qardaşının kürəkəni, həyat yoldaşı Nazim İmanovun isə bacısı oğlu Ruzi Məmmədovu Yüksək Texnologiyalar və Layihələr üzrə direktor müavini təyin edib.Ruzi Məmmədovun isə dostu Aslanlı Fuad Çingiz oğlunu ümumi işlər üzrə direktor müavini təyin etdirməsinə dair məlumatlar yayılmışdı.Hətta qeyd edilirdi ki, məsələ o həddə olub ki, Leyla İmanova bibisi oğlu İbad Əliyevi də özünə müavin gətirib. Rəqəmsallaşma şöbəsinə xalaoğlu, kitabxana xidməti şöbəsinə rəfiqəsi Aygün Səfərovanı rəhbər təyin edib. Bu təyinatların AMEA-nın vitse- prezidenti, bu sahəyə birbaşa məsul şəxs İsa Həbibbəyli ilə razılaşdırılmaması belə saytlarda yayımlanmışdı.

faktinfo.az

Şərhlər

XƏBƏR LENTİ