SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ahıllar üçün də günərzi xidmət mərkəzləri olacaq

Ahıllar üçün də günərzi xidmət mərkəzləri olacaq

Tarix:

11-06-2019, 12:01

/ 763 dəfə oxundu.
Ahıllar üçün də günərzi xidmət mərkəzləri olacaq

Prezident İlham Əliyevin 1 iyun 2019-cu il tarixli Sərəncamı sosial xidmətlər sistemində yeni bir istiqamət kimi, ahıllar üçün də günərzi xidmətlərin təşkilinə imkan yaradıb.
Sərəncamın icrası işləri çərçivəsində 5 rayonda ahıllar üçün günərzi xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulub.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində həmin kateqoriyadan olan şəxslər stasionar şəkildə xidmətlərlə təmin edilirlər. Həmçinin əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan, özünəqulluq qabiliyyəti olmayan tənha ahıllara evlərində sosial-məişət xidməti göstərilir.
Yeni günərzi mərkəzlərdə isə tənha ahıllara yarımstasionar şəkildə sosial-məişət, tibbi, mədəni və başqa xidmətlər göstərilməsi, asudə vaxtlarının səmərəli təşkili və s. istiqamətlərdə işlər aparılacaq.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Şərhlər

XƏBƏR LENTİ