SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nərimanov rayonunda iməcilik təşkil olunub - Fotolar

Nərimanov rayonunda iməcilik təşkil olunub - Fotolar

Tarix:

8-06-2019, 13:21

/ 969 dəfə oxundu.
Nərimanov rayonunda iməcilik təşkil olunub - Fotolar

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə bugün Bakı şəhərinin bütün rayonlarında iməcilik keçirilir.

Ölkə rəhbərliyinin yaşıllıqların mühafizəsi və Bakı şəhərinin görkəminin qorunması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq şəhərdə ərazilərin təmizlik-abadlığı ilə bağlı iməciliklər keçirilib.

Bu iməciliklərdən biri də Nərimanov rayonunda təşkil olunub. Rayon ərazisində bütün mərkəzi prospektlər, küçələrdə təmizlik-abadlıq işləri aparılıb.

Belə ki, rayonun Heydər Əliyev prospekti, Atatürk prospekti, Həsənoğlu, A.Neymətulla küçələrində, F.X.Xoyski prospektində, Azadlıq prospekti, Xətai prospekti, Təbriz küçəsi və digər mərkəzi küçələrdə fəaliyyət göstərən obyektlərin vitrin şüşələri təmizlənib, küçələrdə qurumuş ağaclar budanıb, mövsümi gül kolları dəyişdirilib, səkilər və ağaclar su ilə yuyulmuş və yaşıllıqlara aqrotexniki xidmətlər göstərilib.

Ərazidə olan yaşıllıqlara daimi qulluq göstərilməsi məsələləri Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.

Aksiya çərçivəsində küçələrdə olan qanunsuz küçə ticarəti təmizlənmiş, metroların giriş-çıxışları yuyularaq təmizlənib.

Bu işlər hər həftənin şənbə günləri davam etdiriləcək.

Ümumilikdə rayon ərazisində keçirilən iməclikdə 2,5 mindən çox rayon təsərrüfatı xidməti işçiləri, idarə, təşkilat, ictimaiyyət nümayəndələri iştirak edib.
Nərimanov rayonunda iməcilik təşkil olunub - Fotolar
Nərimanov rayonunda iməcilik təşkil olunub - Fotolar
Nərimanov rayonunda iməcilik təşkil olunub - Fotolar
Nərimanov rayonunda iməcilik təşkil olunub - Fotolar

Şərhlər

XƏBƏR LENTİ