SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazir aksiya keçirən jurnalisti məhkəməyə verdi

Nazir aksiya keçirən jurnalisti məhkəməyə verdi

Tarix:

4-06-2019, 09:29

/ 646 dəfə oxundu.
Nazir aksiya keçirən jurnalisti məhkəməyə verdi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi qurumu rüşvətxorluqda ittiham edən jurnalist Teymur Kərimovu məhkəməyə verib.
“Yeni Sabah” xəbər verir ki, bu haqda jurnalist özü məlumat yayıb. O, bildirib ki, nazirlik CM-nin 147.2 maddəsilə məsuliyyətə cəlb edilməsini tələb edir. Məhkəmə 07.06.2019 tarixinə təyin edilib.

Xatırladaq ki, jurnalist Teymur Kərimovun anası qan xərçəngindən əziyyət çəkir. Müalicəyə başlanılan ilk gündən indiyədək rüşvət verməkdən tamamilə müflisləşdiyini bildirərək Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası etmişdi. O, etirazını soyunaraq - anasının müalicəsi üçün paltarlarını çıxarıb satışa çıxarmaqla bildirmişdi.

Şərhlər

XƏBƏR LENTİ