Şirəliyevin məhkəməyə verdiyi jurnalistin anası rəhmətə getdi
Qan xərçəngindən əziyyət çəkən jurnalist Teymur Kərimovun anası bu gün rəhmətə gedib.
“AzPolitika” xəbər verir ki, bu barədə məlumat jurnalistin dostları tərəfindən sosial şəbəkələrdə yayılıb. Verilən məlumata görə, bu gün həm də jurnalistin məhkəməsi olub. Səhiyyə Nazirliyi Teymur Kərimova qarşı Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə cinayət işi qaldırılması iddiası ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
Vəkillərin Səhiyyə Nazirliyinin hüquqi şəxs olaraq fiziki şəxsi xüsusi ittiham qaydasında məhkəməyə verə bilməməsi ilə bağlı qaldırdığı vəsatətdən sonra hakim hazırlıq iclasını iyunun 10-dək təxirə salıb.
Xatırladaq ki, T.Kərimov müalicəyə başlanılan ilk gündən indiyədək rüşvət verməkdən tamamilə müflisləşdiyini bildirərək Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası etmişdi. O, etirazını soyunaraq – anasının müalicəsi üçün paltarlarını çıxarıb satışa çıxarmaqla bildirmişdi.
Şirəliyev isə Azərbaycan səhiyyəsinin biabırçı durumunu düzəltmək əvəzinə doğru söyləyənləri susdurmağa çalışmaqla məşğuldur. Görəsən Şirəliyev və ətrafı nə vaxta qədər səhiyyəmizin inkişafının qarşısında bir dağ kimi dayanacaq?

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək