SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Məşhur şirkətin səhmdarları etiraz aksiyası keçirəcək

Məşhur şirkətin səhmdarları etiraz aksiyası keçirəcək

Tarix:

15-05-2019, 16:28

/ 1 141 dəfə oxundu.
Məşhur şirkətin səhmdarları etiraz aksiyası keçirəcək

“Holcim Azərbaycan” ASC-nin (Qaradağ Sement Zavodu) fiziki şəxs səhmdarları etiraz aksiyası keçirməyə hazırlaşırlar.
Məlumata görə, səhmdarlar neçə ildir səhmlərə dividend ödənilməməsinə etiraz edirlər.

Aksiyanın 17 Mayda zavodun qarşısında keçirilməsi planlaşdırılır. Məlumata görə, İsveçrədən “Lafarge Holcim” şirkətinin Həmkərlar İttifaqlarının əməkdaşlarının Azərbaycana gələcək.

Aksiyada 600 nəfərin iştirak edəcəyi gözlənilir. Əksər səhmdarın, tələb etdikləri məbləğ qarşılığında səhmini satmağa hazır olduğu da bildirilir.

Xatırladaq ki, 4 aprel 2019-cu il tarixində Bakı şəhərində "Hyatt Regency" mehmanxanasında "Holcim Azərbaycan" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının İllik Ümumi Yığıncağı keçirilib. Yığıncaqda bildirilib ki, şirkət ötən ili 8 milyon manata yaxın xalis mənfəətlə başa vurub.

Bununla belə, səhmdarlar ötən il olduğu kimi, bu il də dividend almayacaqlar. Çünki, əldə edilmiş mənfəət yenə də, manatın 2015-ci ildəki kəskin devalvasiyası nəticəsində zavoda dəymiş zərərin nəticələrinin aradan qaldırılmasına, başqa sözlə, səhmdar cəmiyyətinin kapitalının artırılmasına yönəldiləcək.

"Holcim Azerbaijan" 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31 812 880 manatdır. Şirkətin səhmlərinin 86%-i İsveçrənin “Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 76% və 10%), 14%-i isə fiziki şəxslərə məxsusdur.

Marja

Şərhlər

XƏBƏR LENTİ