SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » "Holcim" rəhbərliyinin ERMƏNİ SEVDASI... - İcazə verin, şübhələnək...

"Holcim" rəhbərliyinin ERMƏNİ SEVDASI... - İcazə verin, şübhələnək...

Tarix:

13-12-2021, 17:31

/ 643 dəfə oxundu.
"Holcim" rəhbərliyinin ERMƏNİ SEVDASI... - İcazə verin, şübhələnək...


““Lafarge”nin Azərbaycandakı törəməsi “Holcim”ə YOX deyək” başlıqlı ötən I yazımızda İŞİD və PKK terror təşkilatlarını maliyyələşdirən Fransanın "Lafarge" sement şirkətinin Azərbaycandakı törəməsi "Holcim"də ( keçmiş Qaradağ sement zavodu ) baş verən qanun pozuntularından, vergidən yayınma, gəlirlərin gizlədilməsi, səhmdarlara dividentlərin verilməməsi, vaxtı keçmiş sement məhsullarının satılması hallarından bəhs etmişdik.

Xatırlatma üçün qeyd edək ki, zavodun keçmiş direktoru, xalqımıza nifrət edən Frederik Guimbal Zəfər bayramı günü sement zavodunun həyətində dalğalanan Azərbaycan və Türkiyə bayraqlarının endirilməsini tələb edərək, hətta Zəfər bayramı ilə bağlı xalqımızı təbrik etməkdən də imtina etmişdir.

I yazımızda Vətən müharibəsindəki qələbədən sonra cənab Prezidentin işğaldan azad olunmuş rayonlarda yenidənqurma və bərpa işlərinin sürətlə aparılmasına qarşı olaraq “Lafarge”nin törəməsi olan “Holcim-Azərbaycan”ın istehsal xərclərində heç bir dəyişiklik olmadan sement məhsullarının qiymətini süni şəkildə artırmasından bəhs edərək, süni qiymət artımını özündə əks etdirən cədvəli təqdim etmişdik. Və İtisadiyyat naziri hörmətli Mikayıl Cabbarova müraciət edərək “Holcim”də baş verən süni qiymət artımlarının obyektiv araşdırılmasını və səbəbkarların cəzalandırılmasını xahiş etmişdik.

Birinci yazımızın davamı olaraq NUH.az II yazını oxuculara və müvafiq dövlət qurumlarına təqdim edir.

Məlumdur ki, Fransanın nəhəng “Lafarge” sement şirkəti İŞİD və PKK terror təşkilatlarını maliyyələşdirib, eyni zamanda “Lafarge”nin sementi ilə İŞİD və PKK güclü sığınacaqlar, bunkerlər, istehkamlar və tunellər inşa edib.

İndi görək, terror təşkilatlarını maliyyələşdirən “Lafarge” sement şirkətinin Azərbaycandakı törəməsi “Holcim”də nələr baş verir.

Deməli, Azərbaycanda fəaliyyət göstərib, daxili bazar üçün qiymətləri süni şəkildə qaldıran “Holcim” ASC nə məqsədlə

sement istehsalında əsas rol oynayan KLİNKERİ daxili bazarla müqayisədə çox ucuz qiymətə xaricə ixrac edir. Niyə ? Məqsəd nədir ?

Konkret desək, Holcim ASC xeyli müddətdir Gürcüstana və orada fəaliyyət göstərən, rəhbərliyi erməni olan zavodlara ucuz qiymətlə klinker satışını həyata keçirməkdədir.

Belə ki, Gürcüstana ixrac etdiyi klinkeri qiyməti 37 ABŞ dolları – 62,9 AZN olaraq satmış, daxili bazara isə 112 AZN-ə satmışdır. Yəni Gürcüstana və oradakı ermənilərə təxminən 2 dəfə ucuz qiymətə.

Deməli, “Holcim”in 2 dəfə ucuz qiymətə Gürcüstana ixrac etdiyi klinker üyüdülərək sement hazırlanmış və Dağlıq Qarabağdakı ermənilərin yaşayş binalarının təmirində və bərpasında, hərbi hissələrin tikintisində istifadə olunmuşdur. İllərdir davam edən bu proses nəticəsində Ermənistan dövləti sərhədlərdə bunkerlərin qurulmasında və hərbi hissələrin tikintisində “Holcim”in dəstəyini almışdır.

Hörmətli həmvətənlər !

“Holcim” ASC-nin bu ermənipərəst əməlləri nəticəsində minlərlə əsgərlərimizin qanı axıdılmışdır.

Biz şəhidlərimizin ruhuna hörmət olaraq, “Holcim” ASC-yə YOX deməliyik.

Növbəti III yazımızda “Holcim” ASC-nin maliyyə direktorunun və bir qrup əməkdaşlarının qanunsuz əməlləri barədə məlumat verəcəyik. 
NUH.az

Şərhlər

XƏBƏR LENTİ