SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Mikayıl Cabbarov konfransı TƏCİLİ TƏRK ETDİ

Mikayıl Cabbarov konfransı TƏCİLİ TƏRK ETDİ

Tarix:

29-01-2019, 14:57

/ 1 139 dəfə oxundu.
Mikayıl Cabbarov konfransı TƏCİLİ TƏRK ETDİ

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilib.

Unikal.org xəbər verir ki, konfransda nazirlər, komitə sədrləri, yüksək vəzifəli məmurlar və sahibkarlar iştirak edib.

Konfransın növbəti mərhələsində nazirlər sahibkarların suallarını cavablandırıb. Həmin vaxt maraqlı hadisə yaşanıb. Belə ki, tədbirdə iştirak edən Vergilər naziri Mikayıl Cabbarovun telefonuna mesaj gəldikdən sonra o, konfransı tez tərk edib. 10 dəqiqə konfransda oturan nazirin tədbirdə telefonla yazışması da diqqətlərdən yayınmayıb. Mikayıl Cabbarov gedəndən sonra isə onu müavini Sahib Ələkbərov əvəz edib.
Mikayıl Cabbarov konfransı TƏCİLİ TƏRK ETDİ
Mikayıl Cabbarov konfransı TƏCİLİ TƏRK ETDİ

Şərhlər

XƏBƏR LENTİ