SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sahil Babayev müavininin qayınına da yüksək vəzifə verdi

Sahil Babayev müavininin qayınına da yüksək vəzifə verdi

Tarix:

25-01-2019, 14:58

/ 1 170 dəfə oxundu.
Sahil Babayev müavininin qayınına da yüksək vəzifə verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında daha bir təyinat olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, nazir Sahil Babayevin müvafiq əmri ilə Məmmədəliyev Mahmud Məmməd oğlunu Təminat (təsəsrrüfat) şöbəsinin müdiri təyin edib.

Nəzərinizə çatdıraq ki, M.Məmmədəliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Vüsal Nəsirlinin qayınıdır.

Xatırladaq ki, bir müddət öncə İsmayıl İsrafilov Nazirliyin nəzdindəki Tikilməkdə olan obyektlərin müdiriyyətinə direktor təyin etmişdi. İ.İsrafilov isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Hidayət Abdullayevin bacısının həyat yoldaşıdır.

Təyinat xəbərini Unikal.org-a Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov təsdiqləyib.

Şərhlər

XƏBƏR LENTİ