SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Serbiya vasitəsilə Azərbaycan qazının digər ölkələrə ötürülməsi çox vacibdir

Serbiya vasitəsilə Azərbaycan qazının digər ölkələrə ötürülməsi çox vacibdir

Tarix:

12-12-2023, 11:05

/ 320 dəfə oxundu.
Serbiya vasitəsilə Azərbaycan qazının digər ölkələrə ötürülməsi  çox vacibdir

 
 Dekabrın 10-da baş tutmuş Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya Respublikasına səfəri və bu səfər zamanı Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirakı xüsusi məqamları özündə ehtiva edir. Nəzərə almaq lazımdır ki, təkcə son bir il ərzində həm Serbiya Prezidentinin Azərbaycana bir neçə dəfə səfəri olub, həm də Azərbaycan Prezidentinin Serbiyaya səfərləri gerçəkləşib. Serbiya Azərbaycanın enerji məsullarının həm idxal edilməsində, həm də Serbiyadan üçüncü ölkələrə yönləndirilməsində vacib tranzit nöqtələrdən birini təşkil edir.
Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışında bildirib ki, “biz bu gün yalnız təbii qaz şəbəkələrini birləşdirmirik. Çünki Bolqarıstan–Serbiya interkonnektoru yalnız infrastruktur layihəsi deyil. O, bizim ölkələrimizin artan texnoloji imkanlarının, həmçinin, Serbiya-Bolqarıstan, Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir. Əməkdaşlıq bizim regionda davamlı, dayanıqlı iqtisadi inkişafa və tərəqqiyə gətirir. O, bizim Avropanın gələcəyi üçün quruculuq işləri görmək istəyimizin bir ifadəsidir. O, Avropa İttifaqının təhlükəsiz və etibarlı enerji mənbələri üçün iddialı baxışdır. Mən qəti əminəm ki, interkonnektor sərhəd regionlarda, həmin boruların keçdiyi yerlərdə investisiya maraqlarının artmasına töhfə verəcək”.
Bu gün Balkan ölkələrinin liderləri tərəfindən Azərbaycanla əməkdaşlığa böyük maraq göstərilir. Bolqarıstan və Azərbaycan bir-birilərini qarşılıqlı olaraq Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edirlər. Bundan başqa, iki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Ölkəmizin Bolqarıstana qaz təchizatı iki il bundan əvvəl başlamışdır. 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il isə bu göstərici   500 milyon kubmetrdən bir qədər çox olmuşdur. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaqdır. Dövlət başçımız bildirdi ki, həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə dəstək göstərdilər ki,bu da, ölkəmizə olan dost münasibətin göstəricisidir.
Azərbaycanın Serbiyaya qaz ixrac etməsi, həm də Serbiya vasitəsilə Azərbaycan qazının digər ölkələrə ötürülməsinə səbəb olur. Azərbaycan Prezidentinin dünən Serbiyaya gedən qazın Bolqarıstana ötürülən interkorrektorun açılışında iştirak etməsi Azərbaycan, Azərbaycanın siyasi rəhbərliyinə Mərkəzi və Şərqi Avropada göstərilən diqqəti özündə ehtiva edir. Ümumilikdə isə Azərbaycanın Avropa Komissiyası ilə enerji təhlükəsizliyinə dair strateji müttəfiqlik bəyannaməsi imzalaması Azərbaycanın Avropa İttifaqına daxil olan, özəlliklə də Mərkəzi və Şərqi Avropa ölkələri ilə enerji sahəsindəki əməkdaşlığını daha da dərinləşdirir.
Azərbaycan 2027-ci ilə qədər Avropaya ixrac etdiyi qazın həcminin dəfələrlə artırmağı qarşısına hədəf qoyub. Bu da Aİ-nin enerji məsullarında Rusiyadan asılılğını azaldır və Azərbaycanın enerji məsullarının ixracını daha da gücləndirmiş olur.
 
 
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
 

Şərhlər

XƏBƏR LENTİ