SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bu da Yetirmişlinin `ƏKİŞDİRDİKLƏRİ`... - İLGİNC FAKTLAR

Bu da Yetirmişlinin `ƏKİŞDİRDİKLƏRİ`... - İLGİNC FAKTLAR

Tarix:

8-12-2023, 11:13

/ 334 dəfə oxundu.
Bu da Yetirmişlinin `ƏKİŞDİRDİKLƏRİ`... - İLGİNC FAKTLAR

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin oğlu İlkin Yetirmişli GÜLMIR GMBH-ni 2014-cü ildə Almaniyanın Şverin şəhərində 25 min avro nizamnamə kapitalı ilə təsis edib. "GÜLMİR" adı baş seysmoloqun həyat yoldaşının ad və soyadının qısaldılmış birləşməsidir - Gülnarə Mirzəyeva.
Şirkət bir müddət Berlində də fəaliyyət göstətib və iki il əvvəl baş seysmoloqun oğlu onu bağlamalı olub.
Bundan əvvəl isə Qurban Yetirmişlinin oğlu Riqada hazırda “Azərlotereya” ASC-nin İdarə Heyətinin üzvü, "Caspian Ticket"in rəhbəri Cahangir Fərəcullayevlə birgə Riqada "Azeri Production, Sabiedrība ar ierobežotu atbildību" ("Azərbaycan məhsulları" Ltd) təsis edib.
2020-ci ildə baş seysmoloqun oğlu Gürcüstanda GEO TRAVEL AZ LTD-ni təsis edib. Bu turizm sektorunda Yetirmişlilər ailəsinin yeganə şirkəti deyil. Qurban Yetirmişlinin qızı Gülçinə Yetirmişli 2015-ci ilin avqustundan "GEO TRAVEL AND TOURS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN təsisçisir. Şirkət Səbail rayonu Teymur Elçin küçəsi 11-də hüquqi qeydiyyatdadır. Elə həmin ünvanda Yetirmişlilərə məxsus ""GEO TRAVEL" QAPALI SƏHMDAR CƏMIYYƏTİ də hüquqi qeydiyyata alınıb. Səhmdar Cəmiyyət 2009-cu ildə baş seysmoloqun həyat yoldaşı MİRZƏYEVA GÜLNARƏ İMRAN qızının adına rəsmiləşdirilib. Onun adına rəsmiləşdirilmiş digər şirkət - "GEO EXPRESS" QAPALI SƏHMDAR CƏMIYYƏTİ isə 2014-cü ildə təsis olunub.

Müəllif: Cavanşir Həsənli, araşdırmaçı-jurnalist
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Şərhlər

XƏBƏR LENTİ