SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İşçilər Muxtar Babayevi məhkəməyə verir – Direktor Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozub

İşçilər Muxtar Babayevi məhkəməyə verir – Direktor Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozub

Tarix:

6-12-2023, 10:35

/ 168 dəfə oxundu.
İşçilər Muxtar Babayevi məhkəməyə verir – Direktor Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozub

Noyabrın 15-də 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində Meşələrin Inkişafı Xidməti tərəfindən keçirilən attestasiyada tələb olunan bal həddini keçə bilməyənlərin bir-neçəsi işdən çıxarılıb.

AzToday.az-a müraciət edən işçilər bildirir ki, attestasiyada işə yeni qəbul olunanlar yüksək bal topladığı halda, illərin meşəçiləri zəif nəticə göstərib. Səbəb isə “imtahan”a ağır suallar salınması, yenilərə isə əvvəlcədən sualların verilməsi olub. Həmin sualların əksəriyyətinin ekologiya ixtisası ilə heç bir əlaqəsinin olmadığı da iddia olunur.

“Necə olurki 20 ilin təcrübəli meşəçiləri 10-20 bal toplayır, bir il ərzində gəlib işləyib ağac cinslərin tanımayan işçilər isə 30 və 40 baldan çox”.

Xəbər verdiyimiz kimi, attestasiya imtahanında 13 nəfər iştirak etməli imiş. Amma mərkəzin direktor müavini Rahib Ağayev imtahanda iştirak etməyib. İşçilər hesab edir ki, Rahib Ağayevin imtahanda iştirak etməməsinin əsl səbəbi onun barəsində savadsız və ekologiya sahəsinə aid heç nə bilməməsi ilə bağlı mediada yayılan xəbərlər olub. İmtahandan əvvəl işçilərin narazılığını mediada işıqlandırması səbəbindən sözügedən attestasiyaya müdaxilə etmək imkanları azaldığından Rahib Ağayev səhhətini bəhanə edərək imtahana qatılmayıb. Rahib Ağayevin başqa mərkəzlərdə keçirilən imtahanlarda iştirak edib “keçəcəyi” ehtimal olunur.

Attestasiyada iştirak edən 12 nəfərdən yalnız 3 nəfər tələb olunan bal həddini keçib. İddialara görə, attestasiyadan keçmək üçün bəzi işçilərdən 400 manat istənilib.

Direktor Nəsimi Nəsibov zəif “nəticə” göstərənləri işdən çıxarıb. Bu isə Əmək Məcəlləsinin 67-ci maddəsi ilə tamamilə qanunsuzdur. İşçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi ehtiva edən maddədə bildirilir ki, işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.

Həmçinin, həmin maddənin 3-cu bəndində deyilir ki, iş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir.

4-cu maddədə isə qeyd olunur ki, iş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz.

Əvvəlki illərdə zəif nəticə göstərən işçilərin demək olar hamısı işdə saxlanılıb.

Amma ekologiya sahəsində heç bir iş təcrubəsi olmasa da birdən-birə direktor təyin olunan Nəsimi Nəsibov Əmək Məcəlləsinin müvafiq maddəsinin tələblərini kobud şəkildə pozub. Bu səbəbdən işdən çıxarılanların bir-neçəsi Əmək Müfəttişliyinə müraciət ediblər. İşçilər müfəttişlik lazımi tədbirlər görmədiyi halda, Ekologiya və Təbii Sərvətlər Nazirliyini məhkəməyə verəcəklərini bildirirlər.

Qeyd edək ki, son vaxtlar 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində işçilərin işə qəbulu və çıxarılması zamanı Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulur. Məsələn, 70-ci maddənin “ç” bəndi əsasında işdən çıxarılmış işşilərin bir-neçəsi 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində yenidən işə götürülüb…(AzToday.az)

Şərhlər

XƏBƏR LENTİ