Ən soyuq dekabr ayı 21 il əvvəl qeydə alınıb
İqlim məlumatlarına görə dekabr ayında Azərbaycanın əksər rayonlarında yağmurlu günlərin sayı artır, dağlıq və dağətəyi rayonlarda qar örtüyü müşahidə edilir. Ayrı-ayrı illərdə dekabr ayında şimal-qərb küləyinin maksimal sürətinin arabir 35-40 metr/saniyəyədək güclənməsi müşahidə edilib.
Son 20 il ərzində ən isti dekabr ayı 2010-cu ildə qeydə alınıb. Bakıda havanın orta aylıq temperaturu müsbət 12 dərəcə olub ki, bu da iqlim normasından 5.1 dərəcə yüksəkdir.
Ən soyuq dekabr ayı isə 2002-ci ildə qeydə alınıb. Havanın orta aylıq temperaturu Bakıda 2 dərəcə isti olub ki, bu da iqlim normasından 5 dərəcə aşağıdır.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində məlumat verilib.
Bildirilir ki, bu il - 2023-cü ilin dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Arktikadan daxil olan soyuq hava kütlələrinin təsiri altında ayrı-ayrı günlərdə havanın temperaturu kəskin azala bilər. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlüyün ilk yarısında ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, mülayim cənub-şərq küləyinin arabir güclənəcəyi gözlənilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH