SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Fikrət Qocanın nəvəsi Amerika Silahlı Qüvvələrinin zabiti oldu

Fikrət Qocanın nəvəsi Amerika Silahlı Qüvvələrinin zabiti oldu

Tarix:

17-07-2017, 10:00

/ 119 931 dəfə oxundu.
Fikrət Qocanın nəvəsi Amerika Silahlı Qüvvələrinin zabiti oldu

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocanın nəvəsi Pərviz ABŞ Silahlı Qüvvələrinin zabiti olub.

Gənc zabit 10 ildən çoxdur ABŞ-da yaşayır. O, Fikrət Qocanın qızı Günay Qocayevanın oğludur.

Qeyd edək ki, xalq şairinin qızı G.Qocayeva 2004-cü ildən ABŞ-ın İndiana Ştatında yaşayır. O, Bakı şəhərində dünyaya gəlib, orta məktəbi bitirdikdən sonra BDU-nun Şərqşünaslıq fakültəsində təhsil alıb, 1993-cü ildə oranı türkoloq kimi başa vurub. Bir müddət Azərbaycan Yazıçılar Birliyində kitabxanaçı, sonradan kitabxana müdirəsi vəzifələrində çalışıb. Ailəlidir…

Pərvizin atası - Günay Qocayevanın həyat yoldaşı Corc milliyətcə ingilisdir. Amma islam dinini qəbul eləyib, az da olsa Azərbaycanca danışa bilir.

ABŞ Silalqı Qüvvələrinin gənc zabit Pərviz 21 yaşındadır, o, ABŞ-da ingilis dilində təhsil alıb.

Şərhlər

XƏBƏR LENTİ