SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sələmçi Göyçay sakinini aldadaraq, evini əlindən alıb - GİLEY

Sələmçi Göyçay sakinini aldadaraq, evini əlindən alıb - GİLEY

Tarix:

29-11-2023, 22:00

/ 473 dəfə oxundu.
Sələmçi Göyçay sakinini aldadaraq, evini əlindən alıb - GİLEY

Göyçay rayonu Potu kənd sakini Abdullayev Elşad Arif oğlu iddia edir ki, onun evini sələmçilər əlindən alıblar. Onun JAMAZ.İNFO-ya göndərdiyi şikayət məktubunda qeyd edilir ki, hazırda iki azyaşlı uşaqla zirzəmidə yaşayır.

Başına gələnləri isə belə nəql edib: “Mənə pul lazım oldu deyə, 2020-ci ildə Göyçay rayon sakini Famil Xurşud oğlu Həmidovdan 10.000 manat sələmlə pul götürdüm. Famil mənə bildirdi ki, bir ilə 10 min əvəzinə 20 min manat verəcəksən. Həmidov Famil evimi alqı-satqı yolu ilə həyat yoldaşının adına keçirib, 10 min manatı sələmi ilə mənə verdi. Bir ildən sonra pulu qaytarıb evimin sənədlərini öz adıma keçirmək istədikdə, Famil mənə bildirdi ki, 50 min manat verməlisən ki, evini sənin adına sənədləşdirim”.

Elşad Abdullayev yazır ki, Famil Həmidov onu öz evindən çıxarılması üçün məhkəməyə müraciət edib və əleyhinə qərar çıxartıdırıb. “Mən məhkəmələrdə tam subut etdim ki, Famil Həmidov 10 min manat pulu mənə sələmiyə verib deyə, evi onun həyat yoldaşının adına keçirmişəm. Çünki hamı bilir ki, Göyçay rayonunun Potu kəndində belə yeni inşa edilmiş, 20 sot torpağın içində hər il gəlir gətirən, meyvə bağı olan evi 10 min manata qətiyyən almaq olmaz. Təkcə hər il mövsümdə həyətimdəki bağdakı xurma meyvəsindən 5-6 min manat pul gəlir əldə etmək olur”.

Göyçay sakini bildirir ki, hazırda Həmidov Famil həmin evi 60 min manata satışa çıxarıb. “Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikaısnın Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb, çox-çox xahiş edirəm qanunsuz sələmiçiliklə məşğul olub, evimizi ələ keçirmiş Həmidov Famil Xurşud oğlunun barəsində tədbir görülməsinə və bizim evimizin geri qaytarılmasına köməklik göstərəsiniz. Xahiş edirəm imkan verməyin iki azyaşlı uşağım zirzəmidə acınacaqlı vəziyyətdə məhv olsun”.



Mənbə: JAMAZ.İNFO
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Şərhlər

XƏBƏR LENTİ