SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » SPECA-nın Zirvə görüşünün Bakıda keçirilməsi mühüm hadisədir

SPECA-nın Zirvə görüşünün Bakıda keçirilməsi mühüm hadisədir

Tarix:

25-11-2023, 13:48

/ 594 dəfə oxundu.
SPECA-nın Zirvə görüşünün Bakıda keçirilməsi mühüm hadisədir

 
Azərbaycanın dünyanın əksər ölkələri və beynəlxalq təşkilatları ilə sıx əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Belə dinamik inkişaf ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırır. Bu payız günlərində Bakıda böyük qələbəlik var. Azərbaycan daha bir mötəbər tədbirə evsahibliyi edir. Ölkəmizin paytaxtında Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA həftəsi keçirilir. SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşündə proqramın üzvü olan ölkələrin rəhbərləri və digər yüksəksəviyyəli rəsmiləri iştirak edirlər.
BMT tərəfindən 1998-ci ildə yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Əfqanıstanın üzv olduğu proqramın fəaliyyətinə nəzər salanda görürük ki, Azərbaycan xüsusilə son illərdə bu ölkələrlə əməkdaşlığın daha da inkişafı istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirir. Ümumiyyətlə, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa böyük önəm verir. Prezident İlham Əliyev ölkəmizin bu regiondakı dövlətlərlə əlaqələrini belə xarakterizə edib: "Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur".
Azərbaycanın bu regionda yerləşən ölkələrlə münasibətlərinin intensivləşməsini göstərən daha bir amil isə dövlət başçısının regiona səfərləri ilə bağlıdır. Təkcə son iki ildə Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrinə 10-dan çox səfər edib. Bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları da dəfələrlə Azərbaycana gəliblər. Qarşılıqlı səfərlərin fəal dinamikası bu gün də davam edir. 
Azərbaycanın SPECA Proqramının əhatə etdiyi ölkələrlə əlaqələrinə ayrı-ayrılıqda nəzər saldıqda burada da artım dinamikası aydın müşahidə olunur. Belə ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi illik müqayisədə 32 faiz, Türkmənistanla 3,6 dəfə, Qırğızıstanla isə 4,8 dəfə artıb. Əfqanıstana gəldikdə isə Azərbaycan əvvəlki illərdə bu ölkənin təhlükəsizliyinə böyük töhfələr verib. Belə ki, Azərbaycan Əfqanıstandakı sülhməramlı missiyasına 2002-ci ildə başlayıb və 2021-ci il avqustun sonunda onu başa çatdırıb. Azərbaycan hərbçiləri Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında olublar. 
Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü uzaqgörən siyasət sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Bütün bunların nəticəsidir ki, Prezident İlham Əliyev bu gün bir sıra təşkilatların Zirvə görüşlərinə fəxri və ya xüsusi qonaq qismində dəvət olunur, etdiyi çıxışlarla ölkəmizin Cənubi Qafqazda yaratdığı reallıqları və Azərbaycanın mövqeyini bütün dünyaya çatdırır.
Dövlətimizin başçısı vurğulayıb ki, SPECA-nın üzvü olan dövlətlər sıx əməkdaşlıq nəticəsində uğurlu regional model təqdim edirlər. Bu, həmçinin Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid siyasi, iqtisadi və geosiyasi bir məkanı ifadə etmələrinin bariz təzahürü, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı daha da genişləndirmək əzminin və niyyətinin nümunəsidir.
Azərbaycanın sədrliyi ilə bu çərçivədə əməkdaşlığın daha böyük perspektivlərinin olduğunu qeyd edən Tatyana Molçan isə Sammitin SPECA-nın yaranmasının 25-ci ildönümünə təsadüf etməsini və bu xüsusda BMT Baş Assambleyasında SPECA-nın təsis edilməsinə dair qətnamənin qəbul olunmasının əhəmiyyətini xüsusi olaraq vurğulayıb.
 

Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı

Şərhlər

XƏBƏR LENTİ