Generalın həbsdən çıxan bacısı oğlu yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO
Rüşvət ittihamı ilə həbs edilmiş Fövqəladə Hallar Nazirliyinin Modul tipli Hospitalının sabiq baş həkimi İmran Ağayev yeni işə başlayıb.
“Unikal”ın əldə etdiyi məlumata görə, İ. Ağayev Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji klinikasının direktor müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, İmran Ağayev fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadənin bacısı oğludur.
Xatırladaq ki, İmran Ağayev koronavirus xəstələrinin FHN hospitalının “VİP korpus”larına yerləşdirmək və özəl klinikadan hospitala köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib. 2021-ci il aprelin 22-də tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 ilə, Ali Məhkəmə isə 3 ilə endirib. Beləliklə, bu il aprelin 22-də onun cəza müddətinin üçdə iki hissəsi tamam olub və İmran Ağayev azadlığa buraxılıb.![]()

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək