Naxçıvanda müəllimlərin məktəbin internetdən istifadəsinə qadağa qoyulmasının səbəbi açıqlanıb
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şahbuz rayon Külüs kənd tam orta məktəbində müəllimlərin məktəbə aid internetdən istifadəsinə qadağa qoyulması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Nazirlikdən verilən məlumatda bildirilib ki, Şahbuz Rayon Rabitə İdarəsi ilə bağlanmış müqaviləyə əsasən, sözügedən məktəbə 2,5 meqabit/saniyə sürətlə internet verilir:
“İnternetdən məktəb tərəfindən üç elektron lövhə və kompüter otağındakı kompüterlərdən tədris prosesinə uyğun olaraq istifadə edilir. Həmin internetdən müəllimlər şəxsi məqsədləri üçün istifadə etdikdə isə internetin sürəti aşağı düşür. Bu da tədrisdə müəyyən çətinliklər yaradır. Həmçinin müəllimlərin şəxsi məqsədlər üçün internetlə təmin olunması ilə bağlı məktəbin heç bir öhdəliyi yoxdur”.
Qeyd olunub ki, məktəbdə tədris elektron lövhəli otaqlarda qrafikə əsasən, kompüter otaqlarında isə dərs cədvəlinə uyğun olaraq aparılır:
“Həmin qrafikdə və dərs cədvəlində nəzərdə tutulmuş tədris saatlarından kənar vaxtlarda müəllimlər öz şəxsi inkişafları üçün məktəbin elektron lövhələrindən və kompüterlərindən istifadə edirlər. Bunun üçün də pedaqoji heyətə heç bir məhdudiyyət qoyulmur. Külüs kəndində mobil internetdən istifadə ilə bağlı problemə gəldikdə, sakinlər müvafiq operatorlardan istifadə etməklə 4G şəbəkəsi ilə internetə qoşula bilirlər”.
Məlumatda məktəbdə suyun olmaması ilə bağlı yayılanların da həqiqəti əks etdirmədiyi vurğulanıb:
“Hazırda məktəbdə su ilə bağlı heç bir problem yoxdur və digər vasitələrdən istifadə olunmaqla müvəqqəti olaraq məktəbə su çəkilib. Məktəbin artezian quyusunun avadanlığında olan nasazlıqla bağlı məlumat aidiyyəti qurumlara göndərilib. Yaxın müddət ərzində artezian quyusunda təmir işləri aparılacaq”.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək