DİN tədbir görməlidir: POLKOVNİK-LEYTENANT "TEXNİKİ BAXIŞ BİRKASI"NI SATIR...
Azərbaycan Respublikası Baş Dövlət Yol Polis İdarəsinin tabeçiliyində fəaliyyət göstərən Zabrat qəsəbəsində yerləşən Texniki Müayinə Mərkəzində rüşvət adi bir hala çevrilib. Hətta ora daxil olmaq üçün qanuni yolla texniki baxışdan keşmək istəyənlərə, texniki baxışdan keçmədən "texniki baxış birkası" təklif olunur. Bu təklifləri müayinə mərkəzinin qarşısına toplaşmış dəllallar edirlər. Bu həmin dəllalların idarəedilməsi isə müayinə mərkəzinin rəisi Elşad Məmmədov tərəfindən həyata keçirildiyi qeyd edilir.
"Texniki baxış birkası"nın "satış" məntəqəsi tək bayırda toplaşan qeyri-rəsmi şəxslərlə yekunlaşmır. Belə ki, əsas alver müayinə mərkəzinin rəis müavini polkovnik-leytenant Elşən Vəliyevin otağında aparılır.
Məlumatlı şəxsin sözlərinə görə, avtomobillərin özü deyil, texniki pasportu gətirilməklə, Vəliyevin "rüşvət kassası"na deyilən məbləğ verilməklə baş tutur. Vəliyevin otağında baş verən həmin alver bir sürücü tərəfindən həvəskar çəkilişlə qeydə alınıb və saytımıza yollanılıb. Sadəcə olaraq həmin video çəkilişin efirə yararlılığı üçün texniki hazırlıqlar aparılması məqsədi ilə rüşvət alındığı əks olunan video görüntülər növbəti yazımızda yerləşdiriləcəkdir. Həmin video görüntüdən çıxarılmış 2 foto kadrı aşağıda yerləşdirmişik.
Şəkillərdən her ikisinde de E.Vəliyev aldığı rüşvəti əlindı tutub. Bu da Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Hacımurad Abdullayevin və Mübariz Şahbazovun rəhbərlik etdiyi sahədə baş verən növbəti bir "çepe". Buyurun tədbir görün. Burada dəqiqləşdirəcək bir məsələ olmaması səbəbindən DİN-lə məsələni dəqiqləşdirmədim. Çünki dəqiqləşdiriləcək bir şey yoxdur. Hər şey ortadadir. Adam xidməti otağında rüşvət alır və cəzalandırılmalıdır...Hələlik video görüntüləri yayımlamırıqsa bu da tərəfimizdən DİN-ə bir jest olaraq qəbul edilməlidir. Çünki bir polis polkovnikinin rəzalətli video görüntüləri həmin quruma baş ucalığı gətirməz!
Mövzuya qayıdacağıq...
(E.Vaqifoğlu bu barədə öz sosial səhifəsində qeyd edib.)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO