SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qüdsi Osmanova yeni vəzifə: Bir neçə səfir geri çağrılır - ADLAR

Qüdsi Osmanova yeni vəzifə: Bir neçə səfir geri çağrılır - ADLAR

Tarix:

4-11-2023, 11:24

/ 528 dəfə oxundu.
Qüdsi Osmanova yeni vəzifə: Bir neçə səfir geri çağrılır - ADLAR

Azərbaycanın xarici ölkələrindəki səfirlərinin bir neçəsi geri çağırılacaq.

Xalqxeber.az bakupost.az-a istinadla xəbər verir ki, onlardan biri Rumıniyadakı fövqəladə və səlahiyyətli səfirimiz Hüseyn Nizami oğlu Nəcəfovdur. Onun səlahiyyət müddəti bitdiyini üçün Bakıya çağırılıb. Xatırladaq ki, H.Nəcəfov bu vəzifəyə 8 noyabr 2018-ci ildə təyin edilmişdi.


Onun yerinə Azərbaycanın Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri Qüdsi Dursun oğlu Osmanov təyin olunacaq. Bu təyinatla bağlı Qüdsi Osmanovun hazırda Bakıda olduğu bildirilir.


Q. Osmanov 7 sentyabr 2016-cı ildə Moldovaya səfir təyin edilmişdi.


Qüdsi Osmanovun yerinə isə hazırda Azərbaycannın Belarusdakı səfiri Ülvi Baxşəliyevin göndəriləcəyi gözlənilir.


Ən maraqlı təyinat isə Belarusa göndəriləcək səfirin kimliyidir. Bakupost.az -ın əldə etdiyi məlumata görə, bu posta Azərbaycanının iri ranqlı məmurlarından biri göndərilir. Həmin şəxsin adını bir müddət sonra açıqlayacağıq.

Şərhlər

XƏBƏR LENTİ