SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycan tarixində ən möhtəşəm qələbə

Azərbaycan tarixində ən möhtəşəm qələbə

Tarix:

16-10-2023, 15:03

/ 286 dəfə oxundu.
Azərbaycan tarixində ən möhtəşəm qələbə

İkinci Vətən Müharibəsində Azərbaycan xalqının Şanlı Qələbəsi Azərbaycanın son 2000 illik tarixinin ən möhtəşəm hadisəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən okyabrın 15-də Azərbaycan bayrağının Xankəndində, həmçinin Ağdərə, Xocalı, Xocəvənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində asılması və Azərbaycan Respublikası torpaqlar üzərində suverenliyini təmin edən bu böyük qələbənin son mərhələsidir.
Bu qələbə yalnız cırtdan Ermənistan üzərində deyil, bu ölkəni hər tərəfdən var gücü ilə sıxan bir neçə qanlı imperiyanın üzərində qazanılan böyük qələbədir. 
Bu qələbə daimi parça parça hissəciklərə parçalanmağa meylli olan bütün qüvvələrin, böyük Türk xalqlarının bir güc ətrafında birləşməsi, bütün millətin və xalqların bir lider ətrafında konsolidasiyası və birgə mübarizəsi ilə qazanılan qələbədir.
Bu qələbə ən son elmi texnoloji nailiyyətlərin tətbiqi, ağılla gücün bərabər istifadəsi ilə aparılan 21-ci əsrin ilk rəqəmsal savaşın nəticəsində əldə olunan qələbədir.
Bu qələbə bütün elmi, dini, sosioloji proqnozları inkar edən, möcüzə kimi görünən, qulağını və ya başını kəsməyi, başını itirməyə, intihar etməyə söz verənləri peşman edən qələbə idi.
Bu qələbə Ali Baş Komandan İlham Əliyevin və onun yaratdığı ilk elmi-texniki və rəqəmsal ordunun xidmətidir. Ali Baş Komandanı, ordumuzu və bütün xalqımızı təbrik edirik.
Bu gün yaşayan nəsil Azərbaycan tarixində ən möhtəşəm hadisələri, ən qürurlu dəyişiklikləri yaşayan nəsildir. Tarixin heç bir mərhələsində heç bir nəsil qısa zaman ərzində bu qədər möhtəşəm dəyişikliklərlə rastlaşmamışdır.
Amma hər birimiz bu geniş miqyaslı qələbənin məsuliyyətini dərk etməli və yeni problemlər üzərində düşünməliyik. Yaxın gələcəkdə həlli vacib olan problemlər həll etdiyimiz problemlərdən qat-qat çoxdur. Azərbaycan xalqının əhali olaraq cəmi 20%-ni hələ əsarətdən xilas edə bilmişik, orta dünya səviyyəsində iqtisadi yaşam tərzinə çatmaq, inkişaf etmiş ölkələr səviyyəsinə qalxmaq üçün çox böyük işlər görməliyik, dayanıqlı inkişaf sistemi qurmalıyıq. Bunları təmin etməsək bu qələbələrin nəticəsi də keçmiş inkişaf mərhələlərində olduğu kimi tarixə çevrilə bilər.
 
Saleh Məmmədov – Professor, İqtisad elmləri doktoru 

Şərhlər

XƏBƏR LENTİ