SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Xalq artistinin polkovnik oğlu nöqsana görə işdən çıxarıldı

Xalq artistinin polkovnik oğlu nöqsana görə işdən çıxarıldı

Tarix:

12-10-2023, 14:09

/ 400 dəfə oxundu.
Xalq artistinin polkovnik oğlu nöqsana görə işdən çıxarıldı

 
Xalq artisti, “Şöhrət” ordenli mərhum Ağaxan Abdullayevin oğlu Xoşbəxt Abdullayev Dövlət Gömrük Komitəsindəki (DGK) vəzifəsindən kənarlaşdırılıb.

Xoşbəxt Abdullayev, işdə verdiyi nöqsana görə əvvəlcə töhmət alıb, sonra isə pensiyaya göndərilib.

Gömrük polkovniki rütbəsini daşıyan X. Abdullayev uzun müddət DGK-nın baş inspektoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Xoşbəxt Abdullayev 90-cı illərdə müğənni kimi tanınıb. Həmin dövrdə bir neçə məşhur mahnıların müəllifi olub. Sonradan səhnədən uzaqlaşaraq, gömrük sistemində işə başlayıb.(Bakupost.az)

Xatırladaq ki, Ağaxan Abdullayev 2016-cı ilin dekabrın 25-də dünyasını dəyişib.

Şərhlər

XƏBƏR LENTİ