SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Zaqatala təhsilində baş verən biabırçılığa Bəhruz Mehdiyev niyə susur? “Vüsalə Mahmudova direktor olmaq üçün arxalandığı Regional təhsil idarəsi nələri vəd edib…”

Zaqatala təhsilində baş verən biabırçılığa Bəhruz Mehdiyev niyə susur? “Vüsalə Mahmudova direktor olmaq üçün arxalandığı Regional təhsil idarəsi nələri vəd edib…”

Tarix:

7-10-2023, 14:37

/ 729 dəfə oxundu.
Zaqatala təhsilində baş verən biabırçılığa Bəhruz Mehdiyev niyə susur? “Vüsalə Mahmudova direktor olmaq üçün arxalandığı Regional təhsil idarəsi nələri vəd edib…”

Bir müddət əvvəl Redaksiyamıza müraciət edən və Şəki Regional İdarənin rəhbəri Bəhruz Mehdiyevə teleqram vuran vətəndaş İlqar Məmmədov şok iddia və tələb irəli sürmüşdü.

Bütün müraciətlər ünvana çatmış və Regioanl idarədən Akademik Zərifə Əliyeva adına Liseyə Bəhruz Nəbili yoxlamaya gəlir. Yoxlama aparan Bəhruz müəllim vətəndaş İlqar Məmmədovun haqlı olduğuna qənait gətirərək vətəndaşın haqlı olmasın ona bildirir. Lakin vətəndaşın sübutlarının qiymətli olması və buna görə direktor müavini və direktor əvəzi fəaliyyət göstərən Vüsalə Mahmudovanın işinə qərəzli yanaşması nəticəsi ortaya çıxdığından son verilməsi labüd qərarlardan hesab edilməli idi.

Hazırda Bəhruz Nəbilinin əlində olan sübutlar və bizə göndərilən video sübutlar V.Mahmudovun Prezident İlham Əliyevin anası Akademik Zərifə Əliyevanın adının altında rüşvət burulğanı yaradaraq dövlət vətəndaş arasında uçurum yaratma cəhdi sanki görülməzdən gəlinir. Şəki Regional İdarənin susqunluğu bu qurumun direktor əvəzi olan müavin Vüsalə müəllimənin himayə edildiyi anlayışın yaradır. Himayə edilməkdən ziyadə onun sanki qoruyucu mələyi tək Təhsil Naziri EMİN ƏMRULLAYEVə çatmasını qarşısın almaqdadır. Bəhruz Mehdiyevin təhsil siyasəti ona göstərilən etimadın doğrultmadığını göstərir.

Baş verən qalmaqala bağlı Şəki Regional İdarənin operatoruna zəng etdik. Operator Yunusova Vüsalə xanımla danışarkən Bəhruz Mehdiyevin xidməti nömrəsini verməməkdə israr etdi. Nömrənin verilməməsin tənbeh edən Mahal müəllimin əlaqə nömrəsini verərək onunla əlaqə saxlamağımızı bunu məhs Mahal müəllim istədiyini bildirdi. Çox maraqlı məqam ondadır ki, Bəhruz Mehdiyev təhsil idarəsində özünə imperya yaradaraq pilləli idarəçilik sisteminə keçərək özünü əlçatmaz edib. Bundan irəli gələn səbəblərdəndir ki, direktor və ya direktor əvəzi olan şəxslər rəhbərliyıə şikayətin vaxtında çatmamağına arxayınlaşıb. Elə odru ki, bu müddət ərzində baş verən qalmaqalı hansısa yollarla bağlamaq vətəndaşın övladını məktəbdən qovmağ cürətin özündə tapır.

Və bunun Bəhruz Mehdiyevin şəxsi əmri olduğunda açıq şəkildə bildirir. Qeyd etməliyik ki, Azərbaycanda hər bir uşağın 9 illik təhsil alması məcburidir. Və hər kim buna qarşı çıxarsa cəmiyyətə qarşı cinayət törətmiş hesab edilə bilər. Lakin görünən odur ki, Vüsalə Mahmudova və onun himayıdarı olduğu əməlindən bəlli olan Bəhruz Mehdiyev şagirdin qeydiyyatı liseydə özü başqa bir məktəbdə təhsil almasına normal hal kimi qarşılamaqdadır. Bu atılan addıma Emin Əmrullayevin hansı münasibət göstərəcəyi bizlərə çox maraqlıdır.

Həmçinin qeyd edək ki, iki gün əvvəl Mahal adlı ictimai əlaqələr şöbəsinin əməkdaşı olduğun bildirən və məsələni araşdırdıqdan sonra bizimlə əlaqə saxlayacaqın qeyd edən şəxsdən bu günə qədər xəbər yoxdur. Bu halın normal olmadığı qanunlarla təsbit edilməkdədir. Mahak müəllim ola bilər ki mediaya haqqında qanunlardan xəbərsiz lakin Bəhruz Mehdiyevin pilləli sistemi haqlnda qanundan xəbərdar olduğundan medianıda o pillələrinə uyum sağlamasına çalışmaqdadır. Lakin Mahal müəllim bilməlidir ki, media heç kəsin aləti və ya əmrində olan içisi deyil ki kefi istediyi vaxt cavab verə və ya onu yola verməklə fəaliyyətini icra etmiş ola. Buda növbəti deaktiv ictimai əlaqələr şöbəsinin xidməti. Buna Mahal müəllim özü ad verməkdə sərbəsdir.
Araşdırmamız davm edir.

Turantv.az

Şərhlər

XƏBƏR LENTİ