SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Şirvan məhkəməsindən MÜƏMMALI QƏRAR... - ETİRAZ

Şirvan məhkəməsindən MÜƏMMALI QƏRAR... - ETİRAZ

Tarix:

7-10-2023, 12:45

/ 277 dəfə oxundu.
Şirvan məhkəməsindən MÜƏMMALI QƏRAR... - ETİRAZ

Ata mülkündən miras payıni Şirvan məhkəməsindən xahiş edən Qurbanova Cəmilə Ağaşirin qızı bir daha növbəti məhkəmə qərarı ilə qarşılaşdı. Belə ki, iddiaçı əvvəllər Şirvan məhkəmə hakimi Ziya Əliyevin bəhanə etdiyi Çıxarış sənədi olmazlığından ilk müraciətində cavabdeh Qafarovlar ailəsinin xeyrinə qərar çıxarılib.

Yəni 7 övladdan biri olan Qafarova Cəmilə A.qizı, Şirvan şəhər Əzizbəyov küç ev 38 dəki hal hazırda boş qalan, vəfat etmiş valideynlərinin evinə nə daxil ola bilir nə də mirası bölgüsünə həmin evdə qifillayib daha sonra qeyri qanuni kirayə verən evin kiçik oğlu Qafarov Bayram Ağaşirin oğlu Özü RF nın İrkutsk vilayətində ailəsiylə birgə yaşayaraq bugün mirasını tələb edən bacısı Qafarova Cəmilə Ağaşirin qızına razı deyil ki ona pay verilsin. qanun qarşısinda isə hamı bərabərhüquqlu olduğundan bugün hər bir vərəsənin ata mülkündən miras hüququ vardır.

Lakin bu hüquq çox təəssüf ki Şirvan məhkəmə hakimləri tərəfindən surundürməciliklə bərpa ola bilmir. Belə ki, keçirilən məhkəmə prosesində hakim sözügedən evin bölgü məqsədilə Ekspertiza təyin olunması ilə bağlı sorğu da vermiş, Ekspertin rəyi ilə isə həmin evdə 2 dəfə ayrı-ayrı ölçü müayinə işi aparılaraq bölgünün mümkünsüzlüyü barədə Qərar verilmişdir, bu da öz növbəsində işin hallarına görə iddiaçının tələbində göstərildiyi kimi, ona düşən payın natura formasında mümkün olmadıqda evin hərraca çıxarılaraq kompensasiya şəklində cavabdehlərdən tutulub verilməsini xahiş etsə də, növbəti proseslərdə cavabdehler, öz paylarından imtina edərək sonbesik qardaş olan Qafarov Bayrama verdiklərini bildirmişlər.

7 vərəsədən Yalnız Aynurə Qafarova adlı birisi isə həmin evin Çıxarış sənədindən özünə 1/7 payı üçün Maddi imkanı olmadığını məhkəməyə bildirir. İsin icrasıni həyata keçirən hakim Ceyhun Mustafayev, Qafarov qardaşlarının kiçik qardaşı olan Qafarov Bayrama bağışladığını və bu işlə bağlı daha Qardaşlarin deyil Məhz Qafarova Aynurə Ağaşirin qızı olduğunu bəyan edir. Və növbəti yeni 6 oktyabr 2023- tarixinə baxılmasını elan elədi.

Bu gün keçən məhkəmə prosesində isə cavabdehin gəlmədiyini bilə bile proses başlayar baslamaz, iddiaçının bir daha fikrini bircə dəqiqəlik dinləyib məşvərət otagina yollanıb 2 dəqiqə sonra isə zala daxilində olub elan elədi: İddia təmin edilməsin. Çox maraqlı və qəribə. İddia təmin edilməsin. Səbəbini soruşduq, hakim Ceyhun Mustafayev belə izah verdi: Mənim qərarım sizə məhdudiyyət vermir miras payınızı gələcəkdə almağıniza, sadəcə siz ya Apellyasiya ya da yeni iddia formasında mülki məcəllənin tələbinə uyğun olaraq yenidən "Kompensasiya vəya evin satış hərracina çıxarılaraq mənə düşən payın verilməsi üzrə" iddianızı qoya bilərsiniz.

Halbuki bu miras tələbiylə bağlı elə bu keçirilən məhkəməyə də verilən iddia ərizəsində də əlavə olaraq qeyd edilmişdir, lakin niyə Hakim bunu bile bile, görə görə, onsuz da 6 ildir ki məhkəmələrdə get-gəl olan İddiaçı Qafarova Cəmilənin Çıxaris sənədi uzrə 1/7 payının verilməsinə qarşı, iddianı təmin etmədi. Özü də cavabdehlər məhkəməyə gəlmədiyi halda. Bu isə, bir daha bir neçə qaranlıq məqamları yenə də şübhə altına saldı.

Ay hakim Ceyhun bəy, axı iddia mətnində hər şey ay və gün kimi aydın yazilib ki, mənə düşən miras payıni ya natura formasında, ya kompensasiya şəklində ya da satılaraq hərraca çıxarılıb satışdan əldə edilən puldan 1/7 pay üzrə tələb edilib. Siz niyə bu məsələni yenə vətəndaş süründürməçiliyinə doğru uzatdiniz? Nədir burda məqsəd?

Ən əsası, bundan ötənki prosesdə siz məhkəməyə gələn Real market sahibi Qafarov ƏliQismət Ağaşirin oğluna bildirdiniz ki, "siz öz paylarınızı qardaşınız İrkutskda yaşayan Qafarov Bayrama bagislamisiniz, daha niyə gəlirsiniz məhkəməyə?, indi iş üzrə cavabdeh qalır yalnız Qafarova Aynurə Ağaşirin qızı, o niyə gəlməyib?" Bu suallara isə ƏliQismət Qafarov," o bacimizdi, qoymadıq gəlməyə dedik özüm gəlirəm məhkəməyə.

Hakim Ceyhun Mustafayev isə bu fikrə qarşı bildirdi ki, xeyr elə şey yoxdu bu iş üzrə cavabdeh kim qalırsa, o da gəlməlidir prosesə. Lakin Ceyhun Mustafayev dediyi sözünün üstündə nəinki durdu, hətta 06 oktyabr 2023 tarixində keçən prosesə iş üzrə cavabdeh qismində təyin edilən digər vərəsə gəlmədiyi halda iddiaçının əleyhinə, İddianın təmin olunmaması haqqında Elan edir.

Axı bu nə anlamı verir? Əgər bu cavabdeh gəlmədiyi halda bu İddia təmin edilməmə haqda Qərar verəcək idinsə, bəs niyə elə ötən prosesdə bu Qərarı elan eləmədiniz, ancaq indi nə baş Verdi ki, cavabdeh məhkəmədə iştirak etmədiyi halda, iddiaçınin əleyhinə Qərar çıxarırsınız! Bu ədalətsizliyin arxasında nə dayanır axı, Ədliyyə emblemindəki Tərəzinin taraz dayanması sizə aid deyilmi?

Hörmətli Məhkəmə Hüquq Şura sədri cənab İnam Kərimovun bu məsələni nəzarətə götürməsini xahiş edirik.

Xəyyam Qurbanlı


Şərhlər

XƏBƏR LENTİ