XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Abdullayeva Təhminə Şamil qızı PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİ

Abdullayeva Təhminə Şamil qızı PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİ

Abdullayeva Təhminə Şamil qızı PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİ
7-07-2017, 14:47

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
CƏNAB İLHAM ƏLİYEVƏ

Surəti: Azərbaycan Respublikasının Vitse Prezidenti
xanım Mehriban Əliyevaya
Azərbaycan Respublikasının Prezident Admnistrasiyasinin Rəhbər
cənab Ramiz Mehdiyevə
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
cənab Fuad Ələsgərova
Azərbaycan Respublikası Baş Prokuroru
cənab Zakir Qaralova
Azərbaycan Respublikası Ədliyyə Naziri
cənab Fikrət Məmmədova
Məhkəmə-Hüquq Şurasına
Azərbaycan Respublikası İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman)
xanım Elmira Süleymanovaya
Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri
cənab Mahmud Nəbiyevə
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
cənab Ramella Allahverdiyevaya
Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 14, mənzil 12-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami küçəsi, ev 63, mənzil 33-də yaşayan Abdullayeva Təyminə Şamil qızı tərəfindən

ŞİKAYƏT

Hörmətli Prezident:
MƏN BU MƏKTUBU AĞLAYA AĞLAYA SON PƏNAH YERIM KIMI SIZƏ YAZIRAM!!!
Mən Abdullayev Barat Əli oğlu ilə 27.12.1990-cı ildı rəsmi nikaha daxil olmuşam, birgə nikahdan 1 övladımız var. Birgə nikah dövründə biz bir neçə əmlak əldə etmişik. Bu əmlaklar bir neçə ev, otel, restoran və torpaq sahələrindən ibarətdir. İki ilə yaxın olar ki, münasibətləırimiz pisləşmiş, Barat evə baxmamış və mən maddi çətinliyim olduğundan və Səkinə tərəfindən aldadıldığımdan 2015-ci ilin noyabr ayında öz adımda olan Nizami küçəsi, ev 63, mənzil 33 ünvanını lizingə salaraq 130 000 manat pul götürmüşəm. 2016-cı ilin fevral mən bu barədə yoldaşıma dedikdə o, və qaynım bu halı əllərində bəhanə edərək məni şantaj və hədələyərək adımıza olan bütün əmlaklardan imtina edib onlara verməyimi təkid etdilər. Mən imtina etdikdə isə onlar yaxın dostları olan, 18 PB-nin rəisi Hikmət Usubova müraciət etdilər. H.Usubov məni yanına çağırıb məni hədələdi, əmlaklardan imtina etmədiyim təqdirdə məni həbs edəcəyini bildirdi. Mən yenə etiraz etdim, onlar Hikmətin tapşırığı əsasında Nərimanov RPİ-də barəmdə cinayət işi açdılar. Sonra mülki geyimdə tanımadığım şəxslər məni zorla maşına mindirib Nərimanov RPİ-yə apardılar, orda məni iki gün saxladılar. Vəkilimin və mətbuatın işə qarışmasından sonra işi Baş İstintaq idarəsi aldı və istintaqı müstəntiq T.Ağamirov işi götürmüş və onların sifarişlərini yerinə yetirməkdə davam etmişdir. İndi Bakı Ağır Cinayətlər Məhkəməsində barəmdə dələduzluq və xuliqanlıqla cinayət işi gedir. Guya mən öz mülkiyyətimdə olan əmlakı girov qoymaqla özümə qarşı dələduzluq etmişəm. Bildirmək istəyirəm ki, həyat yoldaşım və qaynım məni dəfələrlə öldürəcəkləri ilə hədələmişlər. 21.06.2016-cı il tarixdə də mülki geyimli, özlərini təqdim etməyən, quldur kimi məni məcburən avtomobilə basan şəxslər mənə qarşı vəhşilik etdərək məni zorla maşına oturtmuşlar, mən, avtomobilə oturda özümdən getmişəm. Mən yalnız Nərimanov polis idarəsində gözümü açmısam və başımın üstündə tibb işçilərinin olmasını görmüşəm. Mən, həmin şəxslərin məni öldürtmək üçün həyat yoldaşımın göndərdiyi quldurların olmasını zənn etmişəm. Mən polisə qarşı xuliqanlıq etməmişəm. Bu video görüntüdə də açıq aşkar görünür.
Mənə qarşı polisin vəhşilikləri kamera görüntülərində də qeyd olunub və mətbuatda da göstərilib. İndi mən hara şikayət edirəmsə şikayətimə heçkim baxmır.
Mən heçkimə qarşı dələduzluq etməmişəm, öz mülkiyyətimdə olan əmlakımı sadəcə girov qoymuşam.
Belə ki, həyat yoldaşım Barat Abdullayev mənimlə ailəli olmasına baxmayaraq 18 ildir ki, başqa qadınla yaşadığından, son bir neçə ildə ailəmizə baxmadığından mən özümdə bilmədən Səkinə adlı dələduzun toruna düşmüşəm.
Həyat yoldaşım və qaynım da bu haldan istifadə edərək məni Daxili İşlər Nazirliyi vasitəsilə mənə qarşı Sifarişlə cinayət işi açdırmışlar. Əsl cinayətkarlara qarşı mübarizə aparmaqdansa polislər günahı olmayan şəxsləri, sifarişlə, külli miqdarda pul almaqla cinayət işi açmışlar. Qaynım mənə bildirmişdir ki, mənim barəmdə cinayət işinin açılması üçün külli miqdarda pul verib, onsuzda məni tutacaqlar. Mənim tək bir yolum var ki, əmlaklardan mənə çatacaq paydan imtina edim.
Yoldaşım indidə müxtəlif polis idarələrində dostlarının adından özünə qarşı şikayətlər etdirir və süni dələduzluq və borc yaradır. Mülki qaydada əmlak bölgüsünə dair cinayət işinin getməsinə baxmayaraq o, bizim bütün əmlaklarımızı başqa başqa şəxslərin adlarına keçirir.
Mən dəfələrlə müxtəlif orqanlara müraciət etmişəm, lakin müraciətimə baxan olmayıb, heç mənə məlumat da verilməyib.
Hal hazırda mənə, AR CM-nin 320.1, 320.2, 178.3.2 və 315.2-ci maddələri ilə ittiham elan olunub ona görə ki, GUYA mən hüquq verən vəsiqəni istifadə etmək məqsədi ilə saxtalaşdırmışam, bilə-bilə saxta sənəddən istifadə etməklə dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin (özümə məxsus olan evimi) əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirmiş və hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmişdir.
HAZIRDA CINAYƏT IŞI BAKI AĞIR CINAYƏTLƏR MƏHKƏMƏSININ HAKIMI RAMELLA ALLAHVERDIYEVANIN ICRAATINDADIR.
RAMELLA ALLAHVERDIYEVADA ÖZ NÖVBƏSINDƏ HƏYAT YOLDAŞIMIN SIFARIŞINI VƏ BU SIFARIŞ ƏSASINDA ISTINTAQ ORQANI TƏRƏFINDƏN EDILMIŞ SAXTAKARLIQLARI ÜZƏ ÇIXARMAQ ÜÇÜN VERDIKLƏRI VƏSATƏTLƏRI TƏMIN ETMIR, IŞƏ ITTIHAM TƏRƏFININ VERDIYI SAXTA SÜBUTLARA BAXMAQLA KIFAYƏTLƏNIR, MƏNIM MÜDAFIƏ HÜQUQUM POZULUR.
Eyni zamanda dövlət ittihamçısı da saxta ittihamı müdafiə edərək sifarişli işdə bir daha əlinin olmasını sübut edir.
Belə olan halda da mən, ədalətli məhkəmə araşdırılmasının olmamamsından da görürəm ki, deyəsən sifariş burdada öz rolunu oynayır.
Gülməli bir vəziyyətdəyəm.
Çünki öz evimi girov qoyub pul götürmüşəm.
Eyni zamanda mənim 45 kilo çəkim var, mən, zərif bir xanımam, mənim fiziki cəhətdən özümdən dəfələrlə güclü iki kişiyə həyat üçün təhlükəli olan zor tətbiq etməyim gülüncdür və bu maddə ilə (315.2) ittiham olunmam ən azından Qanunvericiliyimizə hörmətsizlik deməkdir.
Cənab Prezident:
Mənim həyat yoldaşım ilə birgə nikahda olan müddətdə əldə etdiyim 2 otel, bir neçə ev, 100 hektara yaxın torpaq və xeyli miqdarda qeyri yaşayış sahələrim var.
Hüquq mühafizə orqanları ərimlə əlbir olaraq məni tutdurmaq istəyirlər ki, mən əmlaklarımdan imtina edim.
Mən neçə aylardı daha döymədiyim qapı qalmayıb.
Mən dəfələrlə Kamal Qılıncovun və Rüstəm Usubovun qəbulunda olmuşam və onlar da işlə tanış olduqdan sonra mənə deyiblər ki, narahat olma sənin əməlində cinayət tərkibi yoxdu tapşırmışıq xitam verəcəklər.
Çox təsüf ki, belə vəzifədə olan adamlar məni aldatdılar, sizin onlara göstərdiyiniz etimadı doğrultmadılar.
BİR NEÇƏ GÜN ÖNCƏ ÖZ MÜLKİYYƏTİMDƏ OLAN NOVXANI BAĞINDA YERLƏŞƏN EVİMƏ OĞLUM VƏ OĞLUMUMUN DOTLARINI APARMIŞDIM. MƏNİ ÖLDÜRƏCƏKLƏRİNDƏN QORXDUĞUMDAN ÖZÜM İLƏ HƏM SÜRÜCÜM VƏ HƏM DƏ MÜHAFİZƏÇİM OLAN İNSANDA ORDA İDİ. BAĞDA YOLDAŞIMIN CYHUN ADLI ADAMI VƏ DİGƏR ŞƏXSLƏR BİZİ TƏHQİR ETMƏKLƏ MÜHAFİZƏÇİMİ DÖYDÜ, MƏNİ DƏ OĞLUMUN VƏ DOSTLARININ YANINDA SÜRÜMƏKLƏ, ALÇALDICI HƏRƏKƏTLƏR ETMƏKLƏ BİYABIR ETDİLƏR. CANIMIZI GÜCLƏ QURTARDIQ.
Mən artıq bir dəfə özümü öldürmək istəmişəm, lakin 12 yaşlı tək övladım olan oğlum təcili tibbi yardıma zəng edib, həkimlər məni çətinliklə həyata qaytarıblar.
Oğlum məndən xahiş edib ki, daha intihar etməyim, Sizə yazım, Siz mənə kömək edərsiz.
Oğlum da artıq dözülməz vəziyyətdədir, o, da mənə bildirir ki, ana səni atam tutdursa mən özümü öldürəcəm.
Xahiş edirəm məni kimsə qəbul eləsin. Mən hazırda çox çətin vəziyyətdəyəm, son ümüdüm sizədir.
Əgər məhkəmə mənə cəza kəssə mən intihar edəcəm.
Eyni zamanda körpə oğlum da intihar edəcək.
Mən bilmirəm nə edim, artıq deli olmuşam.
Sizin Nazirləriniz, işçiləriniz, məhkəmələriniz məni eşitmir, heçkim vətəndaş üçün can yandırmır, xahiş edirəm Siz bu işi xüsusi nəzarətinizə götürəsiniz, saxta cinayət işinə ədalətlə baxılmasına göstəriş verəsiniz.


İmza: T.Abdullayeva

TEL: 0556330094, 0554763310, 0125966544

Xalqxəbər.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.