SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Apellyasiya Məhkəməsinin hakimi qanunlara qarşı - ŞİKAYƏT

Apellyasiya Məhkəməsinin hakimi qanunlara qarşı - ŞİKAYƏT

Tarix:

5-07-2017, 09:51

/ 62 346 dəfə oxundu.
Apellyasiya Məhkəməsinin hakimi qanunlara qarşı - ŞİKAYƏT

Kəlbəcər rayonundan məcburi köçkün, Qarabağ müharibəsi iştirakçısı, II qrup əlil İbrahim Camalov saytımız vasitəsilə övladının üzləşdiyi qanunsuzluqla bağlı Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin, I vitse prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.
Müraciətdə o, bildirir ki, oğlu Namiq Camalov 19.04.2014-cü ildən DİN-in bir generalının sifarişi ilə həbs olunmuş, qondarma ittihamlara 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Ali Məhkəmə 2016-cı ilin dekabrında Namiqin üzərinə qoyulmuş ağırlaşdırıcı maddənin heç bir dəlil-sübuta söykənmədiyini əsas gətirərək ləğv etmiş, bununla da Apellyasiya Məhkəməsində 2017-ci ilin aprel ayında onun üzərindən 5 il cəza götürülüb. N.Camalov yerdə qalan 3 il 6 ayın 3 ilini həbsdə keçirməli olub.
Namiq Camalov cəzanın çəkilməmiş hissəsindən azad olunması ilə bağlı Xəzər rayon Məhkəməsinə ərizə ilə müraciət edib. 16 may 2017-ci il tarixdə Xəzər rayon Məhkəməsinin hakimi Tərlan Əkbərovun sədrliyi ilə keçirilən iclasda Namiqin qondarma ittihamlarla həbsdə yatmağı, gənc yaşda olması, birinci məhkumluğu, məcburi köçkün olması, həmçinin cəzasının 3 il müddətini həbsdə çəkməsi nəzərə alınaraq onun 5 ay çəkilməmiş cəzadan azad edilməsi haqda qərar çıxarılıb: “Bundan sonra Xəzər rayon Prokurorluğunun prokuroru Babayev Nəriman Mərdan oğlu maddi maraqları təmin olunmadığı üçün məhkəmənin qərarından protest verib. Buna əsasən iş yenidən Bakı şəhər Apellyasiya Məhkəməsinə qaytarılaraq hakim Camal Ramazanovun icaaratına verildi.
21 iyun 2017-ci il tarixdə keçirilən məhkəmə baxışında hakim Camal Ramazanov heç bir hüqüq və ədalət prinsiplərinə məhəl qoymadan prosesi məqsədli şəkildə öz istədiyi məcraya yönəltdi. Prosesdə iştirak edən Penitensiar İdarənin nümayəndəsi oğlum Namiq haqqında məhkum kimi müsbət xarakterli danışsa da, C.Ramazanov ona təsir göstərərək sənədlərin içərisindən bir kağız çıxarıb oxumaq üçün ona verdi. Nümayəndə kağızda yazılanlarla razılaşmayaraq həmin rəydən xəbəri olmadığını bildirdi. Bundan sonra hakim C.Ramazanov proses zamanı oğlum Namiqi yaxınına çağıraraq “prosesi iyunun 29-a saxlasam bir şey düzəldə bilərsənmi” deyərək maddi marağını büruzə verib. Oğlumdan müsbət cavab almayan C.Ramazanov oğlumun 36 gün idi azadlıqda olmasına baxmayaraq cəzasının çəkilməmiş 5 ayını cəzaçəkmə müəssisəsində çəkməsi haqda qərar qəbul etdi”.
Ata bildirir ki, oğlu azadlıqda olduğu 36 gün ərzində heç bir ictimai təhlükəli hərəkət etməyib, nümunəvi davranışı ilə fərqlən, onun azadlığa çıxması bütün doğmaları və tanıyanlarının sevincinə səbəb olub: “3 il məhbus həyatından sonra normal həyata qayıdaraq doğmaları ilə 36 gün birlikdə yaşayan insanın 5 ay-a görə yenidən həbsxanaya göndərilməsi qanunsuz, ədalətsiz, qeyri-humanist və qeyri-insani addım olmaqla yanaşı, heç bir mənəviyyata sığmır və məhkəmə adına ləkə gətirir”.
Şikayətçi bildirir ki, hakim C.Ramazanov bu hökmü ilə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10.02.2017 tarixli Sərəncamına, sərəncamın - 10.4. azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi; müddəasına bilavasitə qarşı çıxıb.
Hazırda, Cəza Çəkmə Müəssisənə qaytarılan Namiq Camalov Apellyasiya Məhkəməsinin hakimi C.Ramazanovun qərarından Ali Məhkəməyə kassasiya şikayəti edib. İbrahim Camalov ölkə prezidentinə müraciət edərək oğlunun şikayətinə baxılmasını, onun qalan 4 ay müddət cəzadan azad edilməsi ilə bağlı ədalətli qərar verilməsinə köməklik istəyir. Həmçinin, “qanunsuz, ədalətsiz və qeyri-humanist qərarlarına görə” Xəzər rayon Prokurorluğunun prokuroru Nəriman Babayev və Bakı şəhər Apellyasiya Məhkəməsinin hakimi Camal Ramazanov barəsində təsirli tədbirlər görülməsini xahiş edir.

Moderator.az

Şərhlər

XƏBƏR LENTİ