XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Məmmədovlar dirçəlir: Eks-nazirin qardaşı oğlu çayxana biznesinə niyə girişib?

Məmmədovlar dirçəlir: Eks-nazirin qardaşı oğlu çayxana biznesinə niyə girişib?

Məmmədovlar dirçəlir: Eks-nazirin qardaşı oğlu çayxana biznesinə niyə girişib?
5-07-2017, 09:39

Məlum olduğu kimi, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədov yeni məkan açıb
Çay evinin açılış mərasiminə şou-biznes nümayəndələri də qatılıb. Onlar A.Məmmədovla foto paylaşaraq, onu yeni məkanı münasibətiylə təbrik ediblər.
Aynar Məmmədov bundan əvvəl “Nar cafe” adlı məkan açmışdı. Bu yaxınlarda məkanın bağlanma xəbəri yayılmışdı. Aynar eyni zamanda keçmiş deputat Elton Məmmədovun oğludur.
Bu isə o deməkdir ki, sabiq deputatın oğlu çayxana biznesinə girişib. O, daha böyük və ciddi layihələr həyata keçirmək əvəzinə, şəhərdə dəbdəbəli və bahalı çay evləri açmaqla məşğuldur.
Eyni zamanda Məmmədovların çöküşündən sonra eks-nazirin qardaşı oğlunun meydana çıxması bu klanın özünü yavaş-yavaş toparlamağa çalışdığını deməyə əsas verir.
Ancaq maraqlıdır ki, Aynar nə böyük restoran, nə bir sosial layihə, nə başqaları kimi idman projeləri reallaşdırır.
Onun marağı və həvəsi çayxanalar artırmaqdır. Onu da yada salaq ki, A.Məmmədovun adı jurnalist Fərahim İlqaroğlunu döydürməkdə hallanmışdı.
Məmmədovlar klanına vəzifə veriləcəyi gözlənilmir. Bu ailə ilə hakimiyyətin bağları qopub.
Sadəcə, lokal səviyyədə bizneslə məşğuliyyətə imkan yaradılıb. Ölkənin siyasi rəhbərliyinin etimadını itirmiş və gözündən düşmüş Ziya Məmmədovun ölkədən çıxışına stop qoyulduğu da iddia edilir. Hətta ADP sədri Sərdar Cəlaloğlu demişdi ki, sabiq nazir heç vaxt xaricə gedə bilməyəcək.
Onun fikrincə, buna səbəb iqtidarına eks-nazirə güvənməməsidir. Rusiya və ABŞ-da əlaqələri olan Z.Məmmədovun ölkəni birdəfəlik tərk edib Rəsul Quliyev, Hüseyn Abdullayev və başqaları kimi hökumətə qarşı cinahda yer alacağı ehtimalı var.
Ona görə də bu ailəyə ölkə daxilində kiçik biznes şəraiti yaradılıb. Bunun bariz nümunəsi də Aynarın növbəti çayxanasını açmasıdır. Keçmiş nazirin oğlu Anar Məmmədova məxsus Qarant holdinq isə əlindən çıxıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.