Dövlət Komitəsi: “Yas mərasimlərində təyinatı olmayan adamlar məclis idarə edirlər”
“Son zamanlar qadın dini ayin icraçılarının təyinatında məqsəd yas mərasimlərində xurafat, falçılıq kimi zərərli vərdişləri deyil, əsl dini təbliğ etmələridir. Bəzən yas mərasimlərində təyinatı olmayan şəxslər məclis idarə edirlər”.
“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri bildirib ki, əslində, yas məclislərini idarə edən şəxs təhsilli adam olmalıdır, amma vətəndaşa hökm etmək olmaz ki, kimisə dəvət et:
“Bu məsələdə vətəndaşın öz seçimi var. Ona görə müəyyən problemlər mövcuddur. Bəzən buna görə Komitəni və Qafqaz Müsəlmanları İdarəsini yersiz tənqid edirlər. Nəzərə almaq lazımdır ki, Azərbaycanın 10 milyondan çox əhalisi var. Kim yasa kimi dəvət edir - bunun hamısını tənzimləyə bilmirik. Komitənin cəmi 179 əməkdaşı var. Biz strategiya ilə məşğuluq.
Təhsili olmayan şəxs dini ayin icra etməz. Bu məsələ məscidlərdə həll olunub. Amma məsciddənkənar proseslərdə ictimaiyyəti inandırmalıyıq ki, təhsili olmayan adamı bu cür məclislərə dəvət etmək olmaz”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək