XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Tovuz rayonundan sel keçir - FAKTİKİ HAVA

Tovuz rayonundan sel keçir - FAKTİKİ HAVA

Tovuz rayonundan sel keçir - FAKTİKİ HAVA
24-06-2023, 11:24

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 24-ü saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. 

Düşən yağıntının miqdarı Qaxda 8 mm, Ordubadda 4 mm, Şahbuz, Sədərəkdə 3 mm, Şərur, Culfa, Gədəbəy, Göygöl, Şəki, Naxçıvan, Daşkəsən, Şəmkir, Tovuz, Balakən, Oğuz, Qusar, Tərtər, Yevlaxda 4 mm-dək olub. Şərur, Daşkəsən, Göygöl, Balakən, Şəki, Qrız, Şahdağda  duman müşahidə olunub. 
Tovuz rayonu ərazisindən keçən Axıncaçaydan hazırda sel keçir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.