Diplomatların Laçın şəhərinə səfəri başlayıb
Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üzvlərinin Laçın şəhərinə səfəri başlayıb.
Xalqxeber.az xəbər verir ki, diplomatik korpus, o cümlədən hərbi attaşelər təyyarə ilə Zəngilan Beynəlxalq Hava Limanına eniş ediblər.
Səfərdə 33 ölkə, 10 təşkilatdan ümumilikdə 60-a yaxın diplomat və hərbi attaşe iştirak edir.
Qonaqlar Laçında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olacaq, Laçın şəhəri 1 Dekabr küçəsində salınmış ilk yaşayış məhəlləsinə baxış keçirəcəklər. Bundan əlavə, diplomatik korpus nümayəndələrinin Laçında qurulmaqda olan Aqro Sənaye Parkını ziyarəti də nəzərdə tutulub.
Xarici diplomatlara Həkəri çayının sahilində salınan “Laçın bulvarı” haqqında da ətraflı məlumat veriləcək.
Səfəri çərçivəsində diplomatik korpus nümayəndələrinin Zabux kəndində tam sürətlə davam edən tikinti-quruculuq işləri ilə də yaxından tanış olması planlaşdırılır.
Səfərin son dayanacağı kimi xarici diplomatlar Zəngilanın Ağalı kəndinə gedəcəklər. Onlara Ağalıda tətbiq edilən “ağıllı kənd” konsepsiyası haqqında məlumat verilməsi nəzərdə tutulur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək