XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı

Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı

Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
29-05-2023, 09:05

Niaqara şəlaləsi 28 May-Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.

ABŞ-la Kanada arasında yerləşən dünyaca məşhur Niaqara şəlaləsi ABŞ vaxtı ilə saat 22:30-da Azərbaycan bayrağının rənginə boyanıb.

Heyrətamiz görüntüyə bürünən Niaqara şəlaləsi ərazini ziyarət edən turistlərin və yerli sakinlərin diqqətini cəlb edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.