SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi

Faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi

Tarix:

7-05-2023, 12:40

/ 405 dəfə oxundu.
Faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəlişi ilə  "9 May - Qələbə Günü" yenidən dövlət bayramları sırasına daxil edilmiş və bu gün də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Böyük Vətən Müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görülməkdədir.
Keçmiş Sovet İttifaqının Böyük Vətən müharibəsi illərində alman-faşist işğalçılarına qarşı mübarizəsində digər xalqlarla yanaşı Azərbaycan xalqı da ön və arxa cəbhədə şücaət və igidliklər göstərmiş, ümumbəşəri borcunu ləyaqətlə yerinə yetirərək faşizm üzərindəki qələbəyə öz dəyərli töhfələrini vermişdir.
 1941-ci ilin iyununda müharibənin başlandığı ilk gündən səfərbərlik elan olunmuş, on minlərlə azərbaycanlı döyüş cəbhəsinə sayı 3,3 mln nəfər təşkil edən Azərbaycan əhalisinin 1,2 mln nəfəri hərbi səfərbərlik üçün müəyyən edilmiş 20-50 yaşlarında olduğu üçün müharibənin ilk həftəsində 40 min nəfər könüllü olaraq orduya səfərbər olundu. 
Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salmış, onların, təxminən, yarısı döyüş meydanlarından geri qayıtmamışdır. Müharibə illərində göstərdikləri igidliyə görə 123 Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilmişdir. Azərbaycanlı çağırışçılardan və könüllülərdən ibarət 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar böyük qəhrəmanlıq nümunəsi göstərmişdilər. 
Vətənin azadlığının və xalqın şərəfinin müdafiə olunması məqsədi ilə aparılan əsl ümumxalq mübarizəsi idi.
Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, həmçinin İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara almasına rəğmən təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları tarixə düşmüşdür. 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarı önündə çıxış edərək demişdir: “Böyük Vətən müharibəsinə verilmiş qurbanlar, o cümlədən Azərbaycan xalqının verdiyi qurbanlar və igid oğulların mərdliyi bugünki gənc nəslə və gələcək nəsillərə nümunədir”.
 
Aynur Xəlilova - politoloq
 

Şərhlər

XƏBƏR LENTİ