SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Övladı Aprel döyüşlərində yaralanan ata "Ultel" şefindən narazıdır - ŞİKAYƏT

Övladı Aprel döyüşlərində yaralanan ata "Ultel" şefindən narazıdır - ŞİKAYƏT

Tarix:

30-06-2017, 12:14

/ 90 726 dəfə oxundu.
Övladı Aprel döyüşlərində yaralanan ata "Ultel" şefindən narazıdır - ŞİKAYƏT

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənablarına
Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti
Əliyeva Mehriban Xanıma
Aprel döyüşlərində yaralanan hərbiçi əlil
Əzimov Xəyal Elşad oğlunun atası
Əzimov Elşad Yusif oğlu tərəfindən

Şikayət Ərizəsi

Hörmətli cənab Prezident, Hörmətli Birinci Vitse Prezident!

Mən 2003-cü ildə oğlum Əzimov Xəyalla yaşadığımız evimizi satıb Nərimanov rayonu Aşıq Molla Cümə 25 ünvanında 23 kv metr sahəsi olan yarızirzəmi almışdım ki orada bir iş qurub çörək pulu qazanım. Sonra məlum oldu ki obyektin sənədləri saxtadır. Özəlləşdirmək istəyəndə isə oğlum Əzimov Xəyal aprel döyüşlərində yaralandı və mən əlimdə olan pulu xərcləyəsi oldum. Sonra həmin obyekti Ultel şirkəti Əmlak Komitəsiylə birləşib özəlləşdirdi. Ümumiyyətlə topladığım məlumatlara görə Ultel şirkəti Əmlak Komitəsində işləyən bir qrup şəxslərlə əlbir olub rüşvət müqabilində çoxlu sayda obyektləri özəlləşdiribdir. Bu obyektlərdən biridə minimkidir. Bakıda İndi biz qalmışıq evsiz eşiksiz. Ultel şirkətinə mətbuat vasitəsiylə və birbaşa xahiş məktubu yazsamda müsbət bir addım atılmadı. Həmin xahişdə mən qeyd etmişdim ki, oğlum Xəyal aprel döyüşlərində iştirak edib heç olmasa buna qiymət verin. Lakin Ultelin rəhbərliyi xüsusəndə Əliqiyam müəllim heçnəyi nəzərə almadı. Əksinə mənə hədə qorxu gəldi ki, Ulteli və məni mətbuata versəniz səni tutduracam. Mənə hələ bir dəfə Xətai polisindən zəng vurub hədə qorxuda gəliblər. Əliqiyam müəllim kimi şəxslər milyonçu olduğu üçün bəlkədə oğlunu əskərliyə belə getməyə qoymayıb yanında saxlayıb. Ona görədə oğul yaralanmasının nə olduğunu çətin ki anlaya bilə. Toxun acdan nə xəbəri misalı burada yerinə düşür. Mən kasıb olduğum üçün obyektimdə əlimdən getdi oğlumda yaralandı.

Hörmətli cənab Prezident, Hörmətli Birinci Vitse Prezident!

Xahiş edirəm Ultel rəhbərliyinə xüsusəndə Əliqiyam müəllimə bizim hüquqlarımızı nəzərə almağı tapşırasınız. Təşəkkür edirəm öncədən!

Elşad Əzimov. 25.06.2017 Tel 055 764 5989

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ