Şəhid ailəsini incitmək olmaz, din qadağan etmir, bunu Allah götürərmi? - Hacı Təyyar
2020-ci ildə Tovuz döyüşlərində şəhid olan Elçin Mustafayevin nişanlısının şəhidin qardaşı ilə nişanlanması cəmiyyətdə birmənalı qarşılanmayıb.
Bu cür addımı qəbahət hesab etməyənlər olsa da, qınayanlar da az deyil.
Məsələnin dini tərəfi ilə bağlı Ölkə.Az-a danışan Hacı Təyyar Hüseynli bildirib ki, burada şəriətimizə zidd məqam yoxdur:
“İslam dininin şəriət hökmlərinin baxışına görə, burada heç bir qəbahət yoxdur. Şəhid nişanlanmışdı, ailə quracaqdı, amma dünyasını dəyişdi, yüksək bir zirvəyə ucaldı. Onsuz da şəhidin nişanlandığı xanım 100 faiz bir müddət keçəndən sonra kiminləsə ailə quracaqdı. Bu, təbiidir, şəriətlə qəbul olunur. Şəhidin ailə üzvləri bu arzularını digər oğulları ilə bağlı həyata keçirdilərsə, burada nə xəyanət, nə qəbahət var? Bəlkə də o xanımın həmin ocaqda qalmasına, məhz şəhidin öz ruhu da razı ola bilərdi. Bu məsələyə insanların ciddi irad bildirməsini məsləhət görməzdim.
Bir neçə belə faktla rastlaşmışam ki, qardaş şəhid olmasa da, dünyasını dəyişib, uşaqları da olub, o öldükdən sonra ailə mühafizəkarlığına, gəlinlərini başqa qapıda görmək istəmədiklərinə görə digər oğulları ilə evləndiriblər. Bu, zaman-zaman milli məfkurəmizdə, sosial baxışımızda heç də mənfi dəyərləndirilməyib.
Şəhidin dərdi az imiş kimi indi götürüblər ki, nişanlısı niyə qardaşına getdi. Dərd onların, çəkdikləri onların. O qız arzulamışdı ki, nişanlısı şəhid olsun? Bunu əslində, qabartmaq belə lazım deyildi. İstər milli, istər dini, istərsə də qanunvericilik baxımından burada nə qəbahət var ki, bu dərəcədə elliklə bir edib paylaşırlar?! Cəmiyyətdə mənfi fikir formalaşdırılır. Şəhid anasını incitmək, o yazıq qıza stres yükləmək olmaz. O bir dəfə faciə yaşayıb, ikinci dəfə də camaat bunu etdi. Belə şey olar? Bunu Allah götürərmi?!”, - deyə o söyləyib.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub