SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Vahid Əhmədovun cavabı gecikmədi

Vahid Əhmədovun cavabı gecikmədi

Tarix:

25-04-2023, 12:49

/ 616 dəfə oxundu.
Vahid Əhmədovun cavabı gecikmədi

“Həmişə dövlətimin yanında olmuşam, dövlətimin mövqeyini müdafiə etmişəm, yenə də edirəm”.

Bu fikirləri Milli Məclisin bugünkü iclasında deputat Vahid Əhmədov deyib. 

“İstər Milli Məclis, istərsə də mətbuatdakı çıxışların da hansı mövqedə olduğu bəllidir. Bu çıxışların haradan idarə olunduğunu dəqiq bilirəm. Kim bu göstərişi verib, onu da bilirəm. Vaxtı gələndə bunun hamısı açılacaq. Fəzail Ağamalı təklif etdi ki, İntizam Komissiyasında baxılsın. Etiraz etmirəm, baxılsın. Orada da bütün suallara cavab verməyə hazıram. Milləti və dövlətinin yanında olan insanam”, - deyə deputat vurğulayıb.

Qeyd edək ki, bir neçə deputat V.Əhmədovu bloqer Mehman Hüseynova verdiyi müsahibəyə görə sərt tənqid edib. Milli Məclisin spikeri Sahibə Qafarova bildirib ki, məsələyə İntizam Komissiyasında baxılacaq. 

Şərhlər

XƏBƏR LENTİ