SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Dördgünlük iş həftəsi necə olur? - Ekspertdən açıqlama

Dördgünlük iş həftəsi necə olur? - Ekspertdən açıqlama

Tarix:

24-04-2023, 19:20

/ 543 dəfə oxundu.
Dördgünlük iş həftəsi necə olur? - Ekspertdən açıqlama

"Qazaxıstan 4 günlük iş həftəsinə keçir" ifadəsi doğru deyil. Çünki həqiqət başqadır. Xəbəri oxuyanda heç inanmadım. Çünki məntiqim mənə deyir ki, Qazaxıstanda əmək məhsuldarlığı o qədər yuxarı deyil ki, həftədə 40 saatda görülən işi 32 saatda yerinə yetirib, 4 günlük iş həftəsinə keçsin".

Bunu iqtisadçı ekspert Eldəniz Əmirov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Belçika Avropa Biriliyində ilk dəfə 2022-ci ilin noyabrında başlayaraq işçilərə həftəlik iş saatlarını 5 deyil, 4 gündə tamamlamağa icazə verən ilk ölkə olub.

"Amma hazırda Belçikada işçilərin yalnız 0,73 faizi həftədə 4 gün işləyir. İşçi sayı 1000-dən az olan yerlərdə isə bu daha çətindir. 38 saatlıq iş həftəsi olan Belçikada bu hələ də mümkün olmursa, bəs əksər ölkələr kimi 40 saatlıq iş həftəsi olan Qazaxıstanda 4 günə necə keçirlər? Buna görə də əslində hansı dəyişikliyin olduğunu dəqiq bilmək üçün Qazaxıstanın Əmək Məcəlləsini tapıb, oradan oxumaq istədim. Deməli, əslində Qazaxıstan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinə belə bir məzmunda əlavə edilib. Tərəflərin razılığı ilə Əmək Müqaviləsi beş günlük və ya altı günlük iş həftəsi ilə əvəzlənmək hüququ ilə dördgünlük iş həftəsi təyin etməyə imkan verir. Bundan əlavə olaraq, həmin Əmək Məcəlləsinin 78-ci maddəsində vaxtından artıq işlərin ayda 12 saatdan çox olmaması tələb kimi qoyulur.

Məcəllədə bir çox yeni müddəalar öz əksini tapıb. Hamısını yazıb statusu kitaba çevirmək istəmirəm. Amma "4 günlük iş həftəsi" məsələsinin ən sadə izahı belədir: işçi bir ayda elə həftə olar ki, 4 gün, elə həftə olar 5 gün, elə həftə də olar 6 gün işləyə bilər. Yəni, Əmək Məcəlləsində “uçot müddəti” deyilən bir anlayış var. Buna uyğun olaraq, hansı həftədə 4 gün, hansında 6 gün olmasını işəgötürən və işçi razılaşaraq, qərar verə bilər. Yəni, işçi əvvəl bir ayda 40 kamaz daş daşıyırdısa, yenə də 40 kamaz daş daşıyacaq. Sadəcə indi ona işəgötürən icazə versə, cümə günü daşıdığın daşı həftənin ilk 4 günü işdən sonra dayanıb daşıya bilər, amma işdən sonra aylıq 12 saatdan çox dayanmaq olmaz. Ya da birinci həftənin cümə günü evdə dayanmaq istəsə, amma bunun əvəzində ikinci həftənin şənbə günü işləyəcək".

Qeyd edək ki, Qazaxıstanda iyulun 1-dən dördgünlük iş həftəsi tətbiq ediləcək.

Şərhlər

XƏBƏR LENTİ