Bakıda bu yaşıllıq zonası məhv edildi
Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsində yerləşən 34 saylı Şəhər Poliklinikasının qarşısındakı yaşıllıq zolağında ağacların məhv edilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Axar.az-a bildirib ki, əraziyə keçirilən baxış zamanı yaşıllıq ərazidə tikinti işlərinin aparıldığı və tikinti altına düşən bir tut ağacının və iki kol bitkisinin kəsilərək məhv edildiyi aşkar olunub.
“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”, - Məmmədov bildirib.

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı