"9 ildir Hesablama Palatasının sədriyəm, hələ bir dəfə..." Vüqar Gülməmmədov
"Hesablama Palatası haqqında" qanunun 20.5-ci maddəsi var. Orada qeyd olunub ki, Milli Məclis Hesablama Palatasının iş planına təklif verə bilər. 9 ildir Hesablama Palatasının sədriyəm, hələ bir dəfə təklif olmayıb".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
"Hesablama Palatası ilə Milli Məclisin birgə işləməsindən söhbət gedir. Bu təklif ayrı-ayrı millət vəkilləri səviyyəsində olmalı deyil. Bu il 2 deputatın təklifi ilə iş planımıza nəzarət tədbiri daxil etmişik. Onlardan biri mətbuatda, digəri isə Milli Məclisdə çıxış edib. Lakin bu, konkretləşib sistem şəklində təklif oluna bilər", - deyə V.Gülməmmədov vurğulayıb.

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı