Azad Jurnalistlər Təşkilatı yaradıldı-AÇIQLAMA
Yenixeber.org: Azərbaycan media cameəsindən yeni xəbər var... Ölkə jurnalistlərinin peşə fəaliyyəti ilə bağlı qarşılaşdıqları, eləcə də çağdaş mediamızın müxtəlif sferalarında olan və olacaq problemlər yeni təşkilatın yaradılmasını zərurətə çevirir. Bu haqda Yenixeber.org İnformasiya Portalının rəhbəri İlqar Salmanov FB səhifəsində yazıb: "Azərbaycanda jurnalistika, media ilə bağlılığı iddia olunan yetərli sayda təşkilatlar var. Təəssüf ki, bunun qarışılığında ölkə jurnalistlərinin peşə fəaliyyəti ilə bağlı qarşılaşdıqları, eləcə də çağdaş mediamızın müxtəlif sferalarındakı problemlərin həlli istiqamətində hiss olunacaq addımlar müşahidə olunmur. Bu və jurnalistlər arasında həmrəyliyin vacibliyi səbəbi yeni təşkilatın yaradılmasını zərurətə çevirir.
Azad Jurnalistlər Təşkilatı (AJT) da məhz bu zərurətdən doğdu... Yeni təşkilat 7 təcrübəli media mənsubları tərəfindən təsis olunub: Tapdıq Abbas (“Paralel” Media Qrupu), Rövşən Kəbirli (“Müxalifət” qəzeti), Kamran Məhərrəmli ("Nuh” İnformasiya Portalı), İlqar Salmanov (“Yenixeber.org” İnformasiya Portalı), Şirin Cəfəri ("Gündemxeber.az” İnformasiya Portalı), Habil Tağıyev (“Dəryaz” qəzeti), Akif Nəsirli (“Paralel” qəzeti).
Məqsədimiz həmkarlarımızın peşə fəaliyyəti ilə bağlı qarşılaşdıqları problemləri, eləcə də mediamızın inkişaf yollarını araşdırmaq və ictiamiləşdirməklə yanaşı, bu problemlərin həlli istiqamətində aidiyyatı dövlət strukturlarına təkliflər paketi təqdim etmək, müvafiq layihələr gerçəkləşdirməkdir.
Jurnalistlər arasında həmrəyliyə nail olmaq da, hədəflərimiz sırasındadır".

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı