SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Çin Karqo” şirkətində Gənclər Günü ilə bağlı tədbir keçirildi

“Çin Karqo” şirkətində Gənclər Günü ilə bağlı tədbir keçirildi

Tarix:

31-01-2023, 22:17

/ 216 dəfə oxundu.
“Çin Karqo” şirkətində Gənclər Günü ilə bağlı tədbir keçirildi

“Çin Karqo” şirkətində 02 fevral Gənclər günü ilə bağlı konfrans keçirilib. Konfransda sahibkarlar və media nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə “Çin Karqo” şirkətinin rəhbəri Şamil Heydərov açaraq gəncləri bu gün münasibəti ilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, əsası Ulu Öndər tərəfindən qoyulmuş çoxşaxəli gənclik strategiyası barədə danışaraq bildirib ki, məhz o siyasi xəttin məntiqli davamı olaraq Azərbaycan gəncliyi gözlərini qırpmadan döyüş meydanlarına atılaraq 44 günlük Vətən müharibəsi dövründə düşmənə heç bir zaman unutmayacağı dərs verib.
Şamil Heydərov gənc sahibkarlar adından ölkə başçısı İlham Əliyevə təşəkkür edib.
İş adamı, ölkəmizin gənclərinin bu gün dünyanın müxtəlif ölkələrində aktiv olduqlarını və bütün ümummilli məsələlərdə dövlətimizin yanında olduqlarını bildirib. Şamil Heydərov həm Ümummilli lider Heydər Əliyevin, həm də cənab prezident İlham Əliyevin gənclərimizə verdiyi xüsusi əhəmiyyət barədə ətraflı və konkret nümunələrlə danışıb. Qeyd edib ki, 2020-ci ildə növbədənkənar parlament seçkilərində kifayət qədər aktiv, intellektual gənclik seçki marafonuna qoşuldu və hal-hazırda xeyli sayda gənc millət vəkili öz dairələrini Milli Məclisdə şərəflə təmsil edirlər. Ölkəmizin artan iqtisadi qüdrətinin və nüfuzunun beynəlxalq aləmdə tanıdılmasında, o cümlədən ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə gənclər fəal iştirak edirlər. Bundan başqa son dövrlər köklü islahatların tərkib hissəsi olan idarəedici strukturlarda gənclərə xüsusi etimadın olması və həmin şəxslərin uğurlu fəaliyyəti bu siyasətin uzaqgörənliyinin əlaməti olduğunu sübut etdiyini deyib.
Tədbirə Şamil Heydərov yekun vuraraq bütün qonaqlara və iştirakçılara təşəkkürünü bildirib.

Şərhlər

XƏBƏR LENTİ