XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » "Kişiliyiniz elə bu qədərdi?" - Hərbi ekspert Xankəndinin "banlama"sını şərh etdi...

"Kişiliyiniz elə bu qədərdi?" - Hərbi ekspert Xankəndinin "banlama"sını şərh etdi...

"Kişiliyiniz elə bu qədərdi?" - Hərbi ekspert Xankəndinin "banlama"sını şərh etdi...
22-06-2017, 10:56

Deyirəm ki, bu ermənilər kimi həyasız, tərbiyyəsiz və vicdansız ikinci bir millət yer üzündə tapmaq çətindir. Cəbhənin Tovuz-Qazax istiqamətində ələ keçən erməni hərbçisi ilə bağlı məlumatı olan da danışır, olmayan da. İrəvanda oturub özünün Feysbuk sosial səhifəsi vasitəsiylə gecə-gündüz yalanlar, dezinformasiyalar yayan Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Hovanesyan hadisə haqqında məlumat olan kimi bəyan etdi ki, bu yalandır, dezinformasiyadır, elə bir şey olmayıb. Ardıycan da, özünü "yuyulmamış qaşıq kimi ortalığa atan" "DQR" rəhbərinin mətbuat katibi David Babayan adlı gədə də Xankəndi tərəfdən "banlamağa" başladı ki, bizim əsgərlərdən heç kim Azərbaycan Silahlı Qüvvələri tərəfindən əsir götürülməyib. Adama deyərlər ki, ay zatı xarab, sən əvvəl öyrən, bil hadisə harda və necə olub, ondan sonra başla nə isə qırıldatmağa. Nə vaxtdan Ermənistan-Azərbaycan dövlət sərhədi sənin olmayan ağlınla Xankəndi tərəfdən keçir? Bunlar dünəndən ellikcə başlıyıblar ki, guya Azərbaycan tərəfi yalan məlumat yayır, dezinformasiyadır və sairə. Dünən nahardan sonra isə bizimkilər bu ələ keçən xaçikin sir-sifətin nümayiş etdirdikdən sonra isə, yeni bir "üsula", "kəşfə" əl atıblar. Vallah, bunlar kimi şərəfsiz, bunlar kimi əclaf millət və xalq yer üzündə olmayıb və olmayacaq. Ən azından adam özü deyir ki, mən Ermənistan Respublikasının vətəndaşıyam və Noyenberyan rayonundanam. Pulla gedib sərhəddə xidmət keçirəm. Və Siz bunu bildiyiniz halda, nədən öz vətəndaşınızdan imtna edirsiniz? Kişiliyiniz elə bu qədərdi?
Məsələnin üstü açılandan sonra isə, dünən axşamdan ermənilər valı dəyişməyə başlayıblar. Bu ələ keçən bədbəxti az qala tüfeyli, türmədə yatan, psixi vəziyyəti qaydasında olmayan kimi təqdim etməyə çalışırlar. Hə, Qara kişi. Necə deyərlər, "xoruzun quyruğu" artıq görünməyə başladı. Erməni yaramazlar gözəl bilirlər ki, indi bu ələ keçən öz köpəkləri nə vacib məlumatlar söyləsə, bunlar "daş atıb başlarını tutmağa" çalışacaqlar ki, yalandır, adam dəlidir və söylədikləri həqiqətdən uzaqdır.Hətta, fərz etsək ki, bu Ermənistan tərəfinin təqdim etdiyi kimidir. Onda, sual olunur ki, Sizin bəh-bəhlə təriflədiyiniz dövlət sərhədiniz beləmi "etibarlı" qorunur, istənilən şəxs rahat şəkildə hardasa aza və ya yolunu səhv sala bilər? Aydın məsələdir ki, bu dəfə Ermənistan tərəfi çox pis yerdə "axşamlıyıb". İndi biz bu hadisədən və faktdan sakit və ağıllı şəkildə elə istifadə etməliyik ki, mənfur və xain qonşularımızın manevr etməyə heç bir imkanları olmasın. Bu yaramaz və murdar erməniləri elə cəzalandırmaq laızmdır ki, ən azından hər həftə, hər gün bunlar Azərbaycan tərəfindən sarsıdıcı zərbələr alsınlar. Bəlkə onda bunların olmayan ağılları bir balaca tapılar.
Hələliksə, Ermənistan və onların əlaltıları olan separatçılar son bir neçə gündə ard-arda neçə zərbə alıblar. İdman termini ilə desək, bunlar həm nokaut olublar, həm də nokdaunlarının sayı artıq çoxalıb.
Tanrı Azərbaycan əsgərinə güc və qüvvət versin ki, bu yaramazları layiq olduqları cəzaya çatdırsın!

Üzeyir Cəfərov, tanınmış hərbi ekspert

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.