SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » BAKININ DƏRDİ VAR, BAKI XƏSTƏDİR… GÜNAHKARI KİMLƏRDİR?

BAKININ DƏRDİ VAR, BAKI XƏSTƏDİR… GÜNAHKARI KİMLƏRDİR?

Tarix:

17-01-2023, 18:00

/ 360 dəfə oxundu.
BAKININ DƏRDİ VAR, BAKI XƏSTƏDİR… GÜNAHKARI KİMLƏRDİR?

 
İki gündür mətbuatda və sosial şəbəkələrdə əməkdar artist Bəhram Bağırzadənin bölgələrdən gələn vətəndaşlarla bağlı dediyi fikirlər müzakirə olunur. Aktyoru fikirlərinə görə daşqalaq edənlər də var, müdafiəsinə qalxıb onu haqlı hesab edənlər də. Bir çoxları isə hesab edir ki, Bakının bu günə düşməsinin səbəbi rayondan gələnlərin olub olmaması yaxşı təhlil olunmalıdır.

Mütəxəssislər hesab edir ki, Bakının əsas problemi iyrənc və qaydalara zidd şəhərləşmə, aşırı əhali sıxlığı və ekoloji və vizual kirlilikdir.

Səbəb isə sadəcə rayondan gələn bəzi vətəndaşların şəhərçilik qaydalarını pozması deyil.

Bölgələrdə həyat və iqtisadi inkişaf sönük olduğuna görə belə hal yaşanır. Əhalinin köçü Bakıya davam edir və edəcək. Şəhərə uyğunlaşması da getdikçə daha da imkansız hala gələcək, çünki şəhərçilik (urbanizasiya) dağılmış/dağıdılmış bir vəziyyətdədir, yəni görüb götürəcəyi bir şey qalmayıb.

Mütəxəssislər hesab edir ki, tikinti şirkətlərinin boş qalan ərazilərə qənim kəsilməsi, sıx-sıx hündürmərtəbəli binalar tikilməsi deyil. Onun günahkarı ona bu şəraiti yaradan hansısa korrupsioner məmurdur.

Ümumi rəyə görə, rayondan Bakıya gələnlərin bakılı olanlarla müqayisədə uğur indeksi daha yüksəkdir. Belə ki, Bakılı oğlan atasının evində yaşadığı halda, rayonlu balası konfort zonasında deyildir və əlləşib-vuruşub özünə ev də alır, ikincisini də. Bir çox Bakı sakini və şəhərli təbəqəsi bunu şüuraltı xoş qarşılamır.

Bildirilir ki, kollektiv yaşama şüurumuz az olduğuna görə, urbanizasiya mədəniyyəti də bizdə uğurlu alınmır.

Tribunainfo.az


Şərhlər

XƏBƏR LENTİ