SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bu məhsulların idxalının gömrük rüsumundan azad edilməsi müddəti uzadılır

Bu məhsulların idxalının gömrük rüsumundan azad edilməsi müddəti uzadılır

Tarix:

27-12-2022, 13:19

/ 740 dəfə oxundu.
Bu məhsulların idxalının gömrük rüsumundan azad edilməsi müddəti uzadılır

 
Azərbaycanda sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin idxal etdiyi məhsulların gömrük rüsumundan azad edilməsi müddəti uzadılır.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Gömrük tarifi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsi sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq qaydada idxal edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalının gömrük rüsumlarından azad olma müddətinin həmin rezidentin qeyd olunan parklarda qeydiyyata alındığı tarixdən 3 il artırılaraq 10 il müəyyən edilməsi məqsədilə hazırlanıb. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Şərhlər

XƏBƏR LENTİ