SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "EVEREST-2022” MMC-nin BDU-nun rektoru ilə nə əlaqəsi var? -DETALLAR

"EVEREST-2022” MMC-nin BDU-nun rektoru ilə nə əlaqəsi var? -DETALLAR

Tarix:

Bu gün, 14:18

/ 55 dəfə oxundu.
"EVEREST-2022” MMC-nin BDU-nun rektoru ilə nə əlaqəsi var? -DETALLAR

Ötən həftə Dövlət iqtisad Universiteti keçirdiyi tenderin nəticəsini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, müxtəlif təyinatlı malların satınalmasını əhatə edən müsabiqənin qalibi "EVEREST-2022” MMC olub.
Qeyd edək ki, universitetlə şirkət arasında bağlanan satınalma müqaviləsinin dəyəri 774 min 388 manat təşkil edib.
"EVEREST-2022” MMC ilə bağlı apardığımız açıq mənbələr üzərindən araşdırma zamanı məlum oldu ki, bu şirkət Bakı rayonlarındakı bütün İcra Hakimiyyətlərinin "sevimlisi” sırasındadır. Belə ki, "EVEREST-2022” MMC ötən il 17 tenderin qalibi olub. Onlardan yalnız 4-ü Milli Arxiv İdarəsinə məxsus olub. Yerdə qalanlar isə İcra Hakimiyyətlərinin keçirdiyi tenderlərdir.
Şirkətin ən bahalı tenderi isə Bakı Dövlət Universitetinin keçirdiyi və  İKT avadanlıqlarının satın alınması ilə bağlı olub. Həmin proses çərçivəsində "EVEREST-2022” MMC ilə 1 milyon 444 min 952 manat olub.
Bildirək ki, sözügedən şirkət 17 tender üzrə 3 milyon 624 min 205 manatlıq iş görüb. "EVEREST-2022” MMC-nin ən bahalı və sayca ən çox tender anlaşması isə Milli Arxiv İdarəsi ilə reallaşıb. Bir ildə 4 dəfə bu İdarənin tenderlərinin qalibi olan şirkət bunun müqabilində 657 min 822 manat pul alıb.
Bundan başqa, MMC Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin iki sifarişini  287 min 160 manata yerinə yetirib. Nərimanov MKTB üçün də iki sifariş yerinə yetirən "EVEREST-2022”, bunun müqabilində qarşı tərəfdən 35 min manat ödəniş alıb.
Səbayel rayon İcra Hakimiyyəti üçün eyni məzmunlu işlərin başa gəlmə xərci isə 42 min 200 manata bərabər olub.
"EVEREST-2022” MMC ilə Yasamal İcra Hakimiyyətinin də yolları çox kəsişib. Keçən il tərəflər 232 minlik müqavilə imzalayıblar.
Bildirək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Everest-2022” MMC 11 aprel 2022-ci il tarxidə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Həzi Aslanov küçəsi, ev 31A, mənzil 2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Fuad Şakir oğludur.
Bəzi iddialara görə, "EVEREST-2022” MMC-nin rəhbəri Fuad Babayev BDU-nun rektoru Elçin Babayevin qohumudur. Lakin bu qohumluğun hansı səviyyədə yaxın və uzaq olması barədə məlumat yoxdur.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Tribunainfo.az

Şərhlər

XƏBƏR LENTİ